Icma.az
close
up
RU
“ABŞ də imzalanan sənədlər ölkəmizə qarşı birləşənlərin iflası oldu” Deputat

“ABŞ də imzalanan sənədlər ölkəmizə qarşı birləşənlərin iflası oldu” Deputat

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

“Prezident İlham Əliyevin ABŞ-yə səfəri çərçivəsində prezident Donald Trampla keçirdiyi çox səmimi görüş, imzalanmış sənədlər və hətta “Ağ Ev”in açarının təqdim edilməsi yaratdığımız yeni reallığın dünya tərəfindən qəbul olunduğunu bir daha təsdiq etdi”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. 

Onun sözlərinə görə, çox təəssüf ki, Bayden-Blinken administrasiyası, Makron, Avropa İttifaqı, Avropa Şurası, Avropa Parlamenti və s. torpaqlarımızı işğaldan azad etməyimizi və ərazilərimizdə suverenliyi bərpa etməklə yaratdığımız yeni reallığı qəbul etmək istəməyərək ölkəmizə qarşı qərəzli siyasət yürütdü: 
“Belə ki, Ukraynanın ərazilərini işğal etdiyinə görə birləşərək Rusiyaya qarşı müharibəyə qoşulan Qərb, Azərbaycanın özünün suveren ərazilərini işğaldan azad etdiyinə görə ədalətsizcəsinə ittiham etməyə başladı. Ona görə də ölkəmizə qarşı ardı-arası kəsilmədən qətnamələr qəbul edərək təzyiq göstərib güzəştlərə məcbur etmək siyasətini yürütdülər. 
Vaşinqtonda imzalanmış sənədlər və Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələyə qalxması ölkəmizə qarşı birləşənlərin siyasətinin iflası oldu. Onlar bir daha əmin oldular ki, Azərbaycanla diktə və təzyiq dilində danışmaq olmaz”.
Deputat qeyd edib ki, Vaşinqtonda ABŞ-nin iştirakı ilə Azərbaycanla Ermənistan arasında yüksək səviyyədə razılıq əldə olundu və bu razılıq regionumuza sülh, təhlükəsizlik və firavanlıq gətirəcək:
“Əvvəllər Azərbaycanı ittiham edərək güzəştlərə məcbur etməyə çalışanlar, Vaşinqtonda sənədlərin imzalanmasından sonra növbəyə dayanıb əldə olunmuş razılaşmaları dəstəkləməyə və təbriklərini səsləndirməyə başladılar. Bu həm də Prezident İlham Əliyevin diplomatiyasının təntənəsidir. Azərbaycan yürütdüyü siyasətdə həmişə beynəlxalq hüququ ali tutur və ona görə də diplomatik müstəvidə də bizi həmişə qələbəyə aparır”.
Cavidan Mirzəzadə
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Avqust 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“2020 ci ildə başladığımız Vətən müharibəsi tarixi zərurət idi”

27 Sentyabr 2025 10:27see175

İlham Əliyevin BMT dəki tarixi çıxışı və Azərbaycanın qlobal diplomatiyadakı rolu

27 Sentyabr 2025 14:12see154

Azərbaycan dünyanın logistik xəritəsini yenidən çəkir

27 Sentyabr 2025 10:28see153

“Şamaxı” “Araz Naxçıvan”a, “Neftçi” “Karvan Yevlax”a qarşı YENİLƏNİR

27 Sentyabr 2025 09:17see151

Londonda qeyri qanuni mühacirlərin məskunlaşdığı otel yandırıldı

27 Sentyabr 2025 03:35see148

FİFA 7 oyunçunu futboldan kənarlaşdırdı

27 Sentyabr 2025 10:27see148

İnstaqramı döndəriblər ginekoloji stola

27 Sentyabr 2025 21:43see142

12 ölkə Fələstinə maliyyə dəstəyi üçün koalisiya yaratdı

27 Sentyabr 2025 01:48see139

Bir damla qan, min ümidə can devizi ilə qanvermə aksiyası təşkil olunub

27 Sentyabr 2025 13:24see137

DSX Komandanı II Fəxri xiyabanda

27 Sentyabr 2025 09:26see136

Onkoloji xəstəlikdən əziyyət çəkənlər günlərdir dərman ala bilmirlər

28 Sentyabr 2025 00:25see128

AFB Bank bayrağımızı təhrif edib FOTO

27 Sentyabr 2025 22:49see127

Dini konfessiyaların rəhbərləri Zəfər parkını ziyarət ediblər

27 Sentyabr 2025 10:28see126

III MDB Oyunlarında üzgüçülük yarışının medalçılar bəlli olub

28 Sentyabr 2025 10:50see123

İspaniya La Liqası: Madrid derbisində darmadağın

28 Sentyabr 2025 01:41see123

Trampın Qəzza planı: İsrailə bunu etməyə imkan verilməyəcək!

27 Sentyabr 2025 07:01see121

Xaçmaz Bakı marşrut avtobusunda həyacanlı ANLAR Sərnişinin ürəyi... FOTO

28 Sentyabr 2025 16:39see120

Məşhur atlet boksçudan ayrıldı

28 Sentyabr 2025 07:12see119

“Tramp dilemma qarşısında: Ukraynaya dəstək və Rusiyanın enerji bazarı arasında seçim“ “The Wall Street Journal“

27 Sentyabr 2025 13:39see118

Skuterdə sürəti aşdı, başı svetafora girdi

27 Sentyabr 2025 22:51see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri