ABŞ ölkəmizə iqtisadi yatırımları artırıb
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
2026-cı ilin ilk yarısında Amerika Birləşmiş Ştatlarının Azərbaycana birbaşa xarici investisiyalarının həcmi 131,6 milyon dollar təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 42 milyon dollar və ya 47 faiz çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Bildirilib ki, hesabat dövründə Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində ABŞ-dan reallaşan investisiyaların payı 3,6 faiz təşkil edib. 2025-ci ilin ilk 6 ayında isə Amerika Birləşmiş Ştatlarından Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmi 89 milyon 493 min dollara bərabər olub.
Qurumun məlumatına əsasən, cari ilin birinci yarısında Azərbaycanın ABŞ-a birbaşa xarici investisiyalarının həcmi 101 milyon 959 min dollar təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 24,3 milyon dollar və ya 31,3 faiz artım deməkdir. Hesabat dövründə Azərbaycandan birbaşa xarici investisiyaların ümumi həcmində ABŞ-a yönəldilən investisiyaların payı 2 faiz təşkil edib.
Qeyd edək ki, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların ümumi həcmi 3 milyard 667 milyon ABŞ dollarından çox olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 444,4 milyon dollar və ya 13,8 faiz artım deməkdir.
Bununla yanaşı, hesabat dövründə Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi, təxminən, 5 milyard dollar təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 651 milyon dollar və ya 3,7 dəfə çoxdur.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 22 Sentyabr 2026 10:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















