Icma.az
close
up
RU
Ölkəmizə qarşı hazırlanan yeni işğal planının qarşısı alındı DEPUTAT

Ölkəmizə qarşı hazırlanan yeni işğal planının qarşısı alındı DEPUTAT

Icma.az, Lent az saytına istinadən bildirir.

"Azərbaycan böyük zəfərə müxtəlif cəbhələrdə mübarizə apararaq nail olub. Biz 30 illik işğala hərbi güclə yanaşı, həm də xalqla hakimiyyət arasında mövcud olan vahid həmrəylik sayəsində son qoyduq. Bu həmrəylik həm də cəmiyyət daxilində parçalanma yaratmağa çalışan antimilli dairələri, onların himayədarlarını fiaskoya uğratdı".

Lent.az xəbər verir ki, bu fikirləri deputat Nigar Məmmədova səsləndirib.

O qeyd edib ki, Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çalışan AXCP sədri Əli Kərimli və Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həbsi bir çox faktları ortaya çıxarıb:

"Bir daha aydın olur ki, Azərbaycanın uğurlarını qəbul edə bilməyən bəzi xarici qüvvələr burada təhlükəli ssenarilər hazırlayıb, onların reallaşması üçün isə milli satqınlardan – Əli Kərimli və Ramiz Mehdiyev ittifaqından məharətlə istifadə olunub.

2013-cü ildə Rusiyanın bu regionda reallaşdırmağa çalışdığı “Qafqaz baharı” ssenarisi hər kəsə yaxşı məlumdur. Rusiyadakı Azərbaycan diasporu üzərindən oynanılan oyunlar özünü “Milyarderlər İttifaqı”nın çirkin simasında göstərdi. Bu gün aydın olur ki, bu ittifaq məhz Ramiz Mehdiyev tərəfindən idarə olunub. Bir müddət sonra elə bu üzdəniraq ittifaqın sponsorluğu ilə Əli Kərimli, Cəmil Həsənli və Gültəkin Hacıbəylinin iştirakı ilə millilikdən xəbəri olmayan şura yaradıldı. Elə 2013-cü ildə Qərb siyasi dairələrinin ölkəmizdə radikal müxalifətə münasibətinin dəyişməsinin səbəbi də bu idi.

2019-cu ildən etibarən ölkədə həyata keçirilən institusional yenilənmə isə daxili sabitliyin təməli oldu".

Deputat qeyd edib ki, Ramiz Mehdiyevin tutduğu vəzifədən uzaqlaşdırılması ilə xarici agentura şəbəkəsinin də rıçaqları zəiflədi:

"AXCP sədri Əli Kərimlinin 2019-cu ildən sonra mitinq oyununun səngiməsinin də əsas səbəbi bu idi. 2020-ci il 44 günlük müharibədə Azərbaycan məharətlə Ermənistanla yanaşı, bütün destruktiv xarici qüvvələri, o cümlədən milli satqınları fiaskoya uğratdı. Müharibədən sonra isə növbəti xəyanət planı – “Dövlət Şurası” planı hazırlanmışdı. Rusiya–Ukrayna müharibəsindən sonra hədəfin Azərbaycan olması və bu prosesdə milli satqınlardan – Ramiz Mehdiyevə bağlı qüvvələrdən, o cümlədən xəyanətkar AXCP-dən məharətlə istifadə olunacağı istisna deyil. Dövlət təhlükəsizlik orqanları ölkəmizə qarşı hazırlanan yeni işğal planını da ifşa edərək növbəti təhlükənin qarşısını aldı.

Xatırlatmaq yerinə düşər ki, Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatına dair ölkədə fəaliyyət göstərən 52 siyasi partiyadan 50-nin birgə bəyanatı xalqla hakimiyyətin həmrəyliyi ilə yanaşı, Azərbaycanda yaşanan siyasi birliyin də təcəssümü idi. Təsadüfi deyil ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi üçün şanlı ordumuzun uğurlu əks-hücum əməliyyatlarına digər siyasi partiyalarla birlikdə dəstək vermədi. Bu da Əli Kərimlinin əsl xəyanətkar simasını bir daha təsdiqləyirdi. Dövlətə, xalqa xəyanətin bədəli isə ağır olacaq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://lent.az
archiveBu xəbər 04 Dekabr 2025 21:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri