ABŞ də polis helikopterinin qəzaya uğraması nəticəsində həlak olanlar var
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Fevralın 4-də ABŞ-ın Arizona ştatının Flagstaff şəhəri yaxınlığında helikopterin qəzaya uğraması nəticəsində pilot və bir polis əməkdaşı həlak olub.
Milli.Az xəbər verir ki, bu barədə ABC News telekanalı məlumat yayıb.
Məlumata görə, helikopter hadisə yerinə çağırış əsasında gəlmiş polis əməkdaşlarına havadan taktiki dəstək göstərib. Polis əməkdaşları zərərçəkəni dindirən zaman şübhəli şəxs evin damından atəş açıb. Təxminən iki saat davam edən atışma zamanı hücum edən şəxs yaralanıb və sonradan saxlanılıb.
Hüquq-mühafizə orqanları şübhəlinin helikopterə də atəş açmış ola biləcəyini istisna etmirlər. Lakin bu məlumat hələlik təsdiqlənməyib.
Ayxan
Milli.Az
Bu mövzuda digər xəbərlər:ABŞ də təcili tibbi yardım helikopterinin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb
11 Mart 2025 08:20
Baş Qərargah Rəisinin helikopterinin təxribat nəticəsində qəzaya uğraması iddialarını əsassız adlandırıb
18 Yanvar 2025 13:15
ABŞ də tək mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb
27 Aprel 2025 12:23
Təyyarənin qəzaya uğraması nəticəsində hər iki pilot həlak olub
25 Dekabr 2024 13:38
Vaşinqtonda helikopterin qəzaya uğraması nəticəsində 4 hərbçi həlak olub
20 Sentyabr 2025 04:58
Baxış sayı:83
Bu xəbər 06 Fevral 2026 16:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















