ABŞ də üzərində bomba olduğunu deyən təyyarə sərnişini saxlanılıb
Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ-də Nyuarkdan (Nyu-Cersi ştatı) Nyu-Orleana (Luiziana ştatı) uçan "United Airlines" aviaşirkətinin reysinin sərnişini, üzərində partlayıcı qurğu olduğunu bildirdikdən sonra saxlanılıb.
AZXEBER.COM-un "New Jersey 101.5" radiostansiyasına istinadən verdiyi məlumata görə, hadisə 2174 nömrəli reysin göyərtəsində baş verib.
Radiostansiyanın məlumatına görə, uçuş zamanı 34 yaşlı sərnişin özünü qeyri-adekvat aparmağa başlayıb və üzərində bomba olduğunu bildirib.
Təyyarənin göyərtəsində 46 sərnişin və altı ekipaj üzvü olub.
Baş verənlərə baxmayaraq, hava gəmisi Nyu-Orleandakı Lui Armstronq adına Beynəlxalq Hava Limanına təhlükəsiz şəkildə eniş edib. Enişdən sonra şübhəli şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Kişiyə partlayıcı qurğu barədə bilə-bilə yalan məlumat yaymaq və hədə-qorxu gəlmək ittihamları irəli sürülüb.
Təyyarənin göyərtəsində partlayıcı maddənin tapılması barədə məlumat daxil olmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 11 Noyabr 2026 09:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















