Icma.az
close
up
RU
ABŞ də viza siyasəti sərtləşdi: 85 min viza ləğv olundu

ABŞ də viza siyasəti sərtləşdi: 85 min viza ləğv olundu

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

ABŞ Dövlət Departamentinin rəsmisi, yanvar ayından bu günə qədər bütün viza növləri üzrə ümumilikdə 85 min vizanın ləğv edildiyini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, bu rəqəmin ötən il ləğv edilən vizaların sayından iki dəfədən çox olduğu bildirilib.

Ləğv edilən vizalar arasında 8 mindən çox tələbə vizası da var. Rəsmilər bu yüksək rəqəmin, Prezident Donald Trampın rəhbərlik etdiyi administrasiyanın həm ABŞ daxilindəki miqrantlara qarşı tədbirləri, həm də ölkəyə girişləri məhdudlaşdırmağa yönəlmiş daha geniş siyasətinin bir hissəsi olduğunu bildiriblər.

Dövlət Departamentinin nümayəndəsi, son bir ildə ləğv edilən vizaların təxminən yarısının spirtli içki qəbul edərək avtomobil idarəetməsi, hücum və oğurluq kimi cinayətlərlə əlaqəli olduğunu qeyd edib.

Qalan viza ləğvlərinin səbəbləri açıqlanmasa da, əvvəllər viza müddətinin başa çatması və “terrorizmə dəstək” kimi səbəblərin əsas gətirildiyi xatırladılıb.

Trampın ikinci dönəmi ilə birlikdə Dövlət Departamenti viza müraciətlərinə nəzarət meyarlarını əhəmiyyətli dərəcədə sərtləşdirib.

Keçən həftə göndərilən diplomatik yazışmaya əsasən, yüksək ixtisaslı işçilərə verilən “H-1B” vizaları üçün “gücləndirilmiş təhlükəsizlik yoxlaması” çərçivəsində məzmun nəzarəti və təsdiqləmə sahəsində çalışan şəxslərin də viza müraciətlərinin rədd edilə biləcəyi bildirilib.

Dövlət katibi Marko Rubio may ayında “amerikalıları senzura edən” əcnəbilərə viza məhdudiyyətləri tətbiq olunacağını açıqlamışdı.
İyun ayında isə səfirlik və konsulluqlara tələbə vizası müraciətlərində namizədlərin ABŞ vətəndaşlarına, mədəniyyətinə, hökumətinə və qurucu dəyərlərinə qarşı “düşmən münasibət” daşıyıb-daşımadıqlarının da araşdırılması barədə göstəriş göndərilib.

Yeni qaydalara əsasən, tələbə vizası üçün müraciət edən şəxslərdən sosial media hesablarını ictimai şəkildə açıq saxlamaq tələb olunur.

Diplomatik yazışmada isə “onlayn varlığın məhdud görünməsi və ya bağlı olması bəzi fəaliyyətlərin gizlədilməsi məqsədi daşıya bilər” ifadəsi yer alıb.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:269
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Dekabr 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri