Icma.az
close
up
RU
ABŞ də xam neft hasilatı gələn il rekord həddə çatacaq

ABŞ də xam neft hasilatı gələn il rekord həddə çatacaq

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 11 noyabr, AZƏRTAC

Yaxın Şərqdə hasilatın azalmasının təsiri ilə bu il qlobal neft istehsalının geriləyəcəyi, 2027-ci ildə isə əhəmiyyətli dərəcədə artacağı proqnozlaşdırılır.

AZƏRTAC xəbər verir ki, ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) proqnozuna görə, qlobal xam neft və digər maye yanacaq növlərinin hasilatı bu il ötən illə müqayisədə gündəlik orta hesabla 4,6 milyon barel azalacaq. 2027-ci ildə isə hasilatın gündəlik 6,7 milyon barel artacağı gözlənilir.

Beləliklə, qlobal xam neft və digər maye yanacaq növlərinin hasilatının bu il gündəlik orta hesabla 101 milyon 690 min barel, 2027-ci ildə isə 108 milyon 400 min barel təşkil edəcəyi proqnozlaşdırılır.

Yaxın Şərqdən neft ixracında alternativ marşrutlardan istifadə olunması nəticəsində regionda hasilatın azalmasının gələn il tədricən aradan qalxacağı gözlənilir.

ABŞ-də bu il xam neft hasilatının gündəlik orta hesabla 13 milyon 860 min barel, gələn il isə 14 milyon 300 min barelə yüksələrək rekord həddə çatacağı proqnozlaşdırılır.

EIA-nın məlumatları Yaxın Şərqdə münaqişələr səbəbindən hasilatı dayandırılmış neftin həcminin azalması ilə əlaqədar regionda xam neft istehsalının da tədricən bərpa olunduğunu göstərir.

Məlumata görə, münaqişələr səbəbindən hasil edilə bilməyən xam neftin həcmi may ayında gündəlik 10,9 milyon barelə çataraq ən yüksək səviyyəyə yüksəlib. Oktyabrda isə bu göstərici gündəlik orta hesabla 2,5 milyon barelə enib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Noyabr 2026 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see374

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see341

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see337

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see333

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see315

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see307

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see296

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see295

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see283

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see265

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see265

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see247

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see238

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see236

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see233

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see221

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see207

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see187

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri