“AzParking” adı ilə vətəndaşlara saxta mesajlar göndərilir
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Son günlər vətəndaşlara xarici nömrələrdən “AzParking” adından saxta bildirişlər göndərilir.
Bakıvaxtı.az xəbər verir ki, mesajlarda istifadəçilərə ödənilməmiş parklanma haqqının olduğu bildirilir və ödəniş üçün şübhəli linklər təqdim edilir.
Vətəndaşlardan bu cür mesajlara etibar etməmələri, naməlum keçidlərə daxil olmamaları və şəxsi bank məlumatlarını paylaşmamaları xahiş olunur.
Bildirilib ki, parklanma ilə bağlı rəsmi bildirişlər 1181 qısa nömrəsi vasitəsilə göndərilir. Bu nömrədən başqa mənbələrdən daxil olan parklanma borcu ilə bağlı mesajlara qarşı diqqətli olmaq tövsiyə edilir.
Qeyd edək ki, bu cür saxta bildirişlər kiberdələduzluq məqsədi daşıya və istifadəçilərin bank məlumatlarının ələ keçirilməsi ilə nəticələnə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 11 Noyabr 2026 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















