Icma.az
close
up
RU
ABŞ dən İrana 30 milyardlıq yardım təklifi Yalnız bir şərt var

ABŞ dən İrana 30 milyardlıq yardım təklifi Yalnız bir şərt var

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp İranı müzakirə masasına çəkmək məqsədilə “sivil nüvə proqramları” üçün təxminən 30 milyard dollar dəyərində yardım planı üzərində düşünür.

"AzPolitika" xəbər verir ki, bu barədə "CNN" özəl mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, İran ilə İsrail arasında gərginliyin artdığı və ABŞ-nin İranın nüvə obyektlərinə hava zərbələri endirdiyi bir dövrdə eyni zamanda atəşkəsin elan edilməsindən sonra Vaşinqtonun Tehranla əlaqəni davam etdirdiyi bildirilir.

Nəşrə danışan mənbələr bildiriblər ki, Trampın xüsusi nümayəndəsi Stiv Vitkof və Körfəz ölkələrindən olan tərəfdaşların iştirakı ilə Ağ Evdə keçirilən iclasda bu təklifin detalları müzakirə edilib.

Görüşlər zamanı İranın uran zənginləşdirməyən, yalnız sivil enerji istehsalına yönəlmiş yeni nüvə proqramı qarşılığında 20–30 milyard dollar məbləğində yardım alması məsələsi gündəmdə olub. Bu vəsaitin əsasən ərəb tərəfdaşlar tərəfindən təmin olunması planlaşdırılır.

Mənbələr həmçinin qeyd ediblər ki, ABŞ İran üçün bəzi iqtisadi sanksiyaların qaldırılması və Tehranın xarici bank hesablarında dondurulmuş 6 milyard dollara çıxışına icazə verilməsi təkliflərini də irəli sürüb.

ABŞ tərəfi Fordo Nüvə Obyektindəki zənginləşdirmə fəaliyyətlərinin dayandırılması və əvəzində sivil proqramın həyata keçirilməsi üçün İrana maddi ödəniş edilməsini də müzakirə edib. Mənbələr bu prosesdə müxtəlif şəxslər tərəfindən fərqli fikirlərin irəli sürüldüyünü, lakin İranın bu təkliflərə necə cavab verəcəyinin hələlik bəlli olmadığını bildirib.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 27 İyun 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see405

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see322

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see279

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see269

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see268

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see256

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see253

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see245

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see243

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see241

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see228

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see216

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see215

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see215

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see214

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see212

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see210

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see201

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri