ABŞ dən Ukrayna ilə bağlı sərt qərar Qadağan edildi
Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.
Ağ evdə ABŞ Prezidenti Donald Trampla Ukraynalı həmkarı Vladimir Zelenski arasında yaşanan gərginlikdən sonra Vaşinqton Böyük Britaniyaya Kiyevlə kəşfiyyat məlumatlarını paylaşmağı qadağan edib.
Metbuat.az xəbər verir ki, ABŞ tərəfi bununla bağlı Britaniyaya mesaj göndərib. Britaniyanın “Daily Mail” qəzetinin xəbərinə görə, ABŞ Britaniyanın bütün kəşfiyyat xidmətləri və hərbi təşkilatlarına məktub göndərərək, ABŞ-dən aldıqları kəşfiyyat məlumatlarını Kiyevlə paylaşmağı qadağan edib. Qəzet, Böyük Britaniya Hökumətinin Rabitə Qərargahı, kəşfiyyat xidmətləri və Böyük Britaniya Müdafiə Nazirliyinin müvafiq bölmələrinin Vaşinqtondan bununla bağlı əmr aldığını bildirib.
“Daily Mail” həmçinin qeyd edib ki, qadağa ABŞ Prezidenti Donald Tramp və ukraynalı həmkarı Vladimir Zelenski arasında Ağ evdəki tarixi debatla bağlı olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 05 Mart 2025 17:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















