Icma.az
close
up
RU
ABŞ donanmasını Venesuela sahillərinə cəmləyir, Madura Rusiya və Çinə xilas üçün yalvarır KİV

ABŞ donanmasını Venesuela sahillərinə cəmləyir, Madura Rusiya və Çinə xilas üçün yalvarır KİV

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

ABŞ Venesuela sahillərinə əlavə qüvvələr cəmləşdirir və görünür, bu ölkədə quru hərbi əməliyyatına hazırlaşır. Bunun fonunda Venesuela diktatoru Nikolas Madura Rusiya, Çin və İrana xilas üçün ümidsiz müraciət edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Amerika KİV-ləri yazır.

"Newsweek” yazır ki, ABŞ qüvvələrinin Venesuela yaxınlığında açıq şəkildə cəmləşməsi müşahidə olunur. Peyk şəkilləri göstərir ki, bölgədə 1600-dən çox dəniz piyadası daşıyan "Iwo Jima” adlı böyük desant gəmisi və "Tomahawk” raketləri ilə silahlanmış "Gravely” esminesi yerləşdirilib.

Bölgədə həmçinin "San Antonio” və "Fort Lauderdale” adlı desant-nəqliyyat gəmiləri var; onlar "Harrier” hücum təyyarələrini, "Viper” döyüş helikopterlərini və çoxfunksiyalı "Osprey” təyyarələrini daşıyır.

Hazırda Amerika hərbi gəmiləri Venesuelanın əsas hərbi hava bazalarından biri və radar qurğularının yerləşdiyi La-Orçila adasından təxminən 200 km məsafədədir. "Newsweek” qeyd edir ki, donanmanın belə yerləşdirilməsi desant əməliyyatları və ya adaya qarşı yüksək dəqiqlikli zərbələr üçün hazırlığın göstəricisidir.

Bu, Karib dənizi regionunda yerləşdirilmiş 10 mindən çox amerikalı hərbçiyə əlavə olaraq baş verir. Həmçinin bölgədə "Gerald R. Ford” aviadaşıyıcısı, "Newport News” atom sualtı qayığı, sahil mühafizə katerləri və logistika gəmiləri fəaliyyət göstərir.

Əvvəllər bu qüvvələr artıq Venesueladan narkotik daşıyan gəmilərə qarşı zərbələr endiriblər. Tramp həmin gəmilərin "narkotik ticarəti üçün istifadə edildiyini” bildirmişdi.

"Iwo Jima” gəmisində yerləşdirilən yüksək hazırlıqlı desant qrupunun və "Gravely” esminesinin bölgəyə gəlməsi regionda kəskin eskalasiyanı göstərir və Pentaqonun mümkün hərbi əməliyyatlara hazırlığını vurğulayır”, — "Newsweek” yazır.

Madura "şər oxu”ndan yardım diləyir

"The Washington Post”un məlumatına görə, Karib dənizində ABŞ qoşunlarının artması fonunda Venesuela prezidenti Nikolas Madura Rusiya, Çin və İrana müraciət edərək, Venesuela ordusunun bəzi texnikalarının təcili təmirinə, əlavə hərbi radar və raketlərin verilməsinə kömək istəyib.

ABŞ hökumətinin daxili sənədlərinə əsasən (jurnalistlər bu sənədlərlə tanış olublar), Madura Rusiya və Çin liderlərinə məktub göndərərək "ABŞ və Venesuela arasında eskalasiyaya qarşı çıxmaq üçün hərbi əməkdaşlığın genişləndirilməsini” istəyib.

Xüsusilə Madura Çin rəhbərliyindən Venesuela üçün yeni hərbi radarların hazırlanmasını sürətləndirməyi xahiş edib.

"Məktubunda Madura Karib dənizində ABŞ-ın aqressiyasının ciddiliyini vurğulayıb və ABŞ-ın hərəkətlərini ümumi ideoloji səbəblərlə Çin əleyhinə yönəlmiş addımlar kimi təqdim edib”, — sənədlərdə belə deyilir.

Putinə ünvanlanan məktubda isə Karakas ölkənin hava hücumundan müdafiə sistemini gücləndirmək üçün yardım istəyib. Xüsusilə, Venesuelanın əvvəllər Rusiyadan aldığı bir neçə Su-20MK2 döyüş təyyarəsinin bərpası, səkkiz mühərrikin və beş radarın Rusiyada təmiri, 14 raket komplektinin alınması və "logistik dəstək” xahiş olunub.

Sənədlərə görə, Venesuela nəqliyyat naziri Ramon Selestino Velaskes də İrandan hərbi texnika və pilotsuz uçuş aparatları (PUA) almaq barədə danışıqlar aparıb. O, iranlı rəsmiyə bildirib ki, Venesuela "passiv aşkarlama cihazlarına”, "GPS siqnalboğucularına” və "1000 km uçuş məsafəsinə malik dronlara” ehtiyac duyur.

Sənədlərdə Rusiya, Çin və İranın bu müraciətlərə necə cavab verdiyi qeyd olunmur. Lakin məlumdur ki, bazar günü Venesuelaya ABŞ sanksiyalarına məruz qalmış rus İl-76 hərbi nəqliyyat təyyarəsi gəlib. Bir gün öncə isə Moskva Karakasla yeni strateji sazişi ratifikasiya edib, baxmayaraq ki, bu sənəd birbaşa hərbi öhdəlikləri nəzərdə tutmur.

"The Washington Post” qeyd edir ki, hazırda Rusiyanın Venesuela rejiminə kömək imkanları çox məhduddur. Üstəlik, Moskva belə bir münaqişədən fayda da görə bilər, çünki bu, ABŞ-ın diqqətini Ukraynadan yayındıra bilər. Buna Rusiyanın indiyədək Karib regionundakı gərginliklə bağlı açıq açıqlama verməməsi də dəlalət edə bilər.

Xatırladaq ki, bu ilin avqustunda ABŞ Venesuela prezidenti Nikolas Maduranın tutulmasına kömək edəcək məlumat üçün 50 milyon dollar mükafat təklif etmişdi.

Bundan başqa, prezident Donald Tramp Venesuela sahillərinə hərbi eskadra göndərmək barədə əmr vermişdi — guya Venesuela narkotik ticarəti ilə məşğuldur və bu əməliyyatlar "narkotik qaçaqmalçılığı ilə mübarizə” məqsədi daşıyır.

Son günlər Tramp Venesuelada quru əməliyyatı keçirmə ehtimalını da açıq şəkildə istisna etməyib.

Alpər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 01 Noyabr 2025 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see356

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see250

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see210

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see196

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see193

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see180

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see158

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see157

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see156

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see155

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see149

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see148

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see140

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see139

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see139

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see137

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri