Icma.az
close
up
RU
Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

6.3.16. elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması;

Elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması müasir informasiya cəmiyyətində ictimai inkişafın əsas istiqamətlərindən biri kimi çıxış edir. Bu tip proqramlar yalnız bilik ötürmək funksiyası daşımır, eyni zamanda insanların dünyagörüşünün formalaşmasına, milli kimliyin qorunmasına və sosial məsuliyyət hissinin güclənməsinə təsir göstərir.

Azərbaycanda bu sahə xüsusilə 1990-cı illərin sonlarından etibarən media mühitinin genişlənməsi ilə daha görünən xarakter almağa başlayıb. Televiziya kanallarında tarix, ədəbiyyat, elm və mədəniyyət mövzularına həsr olunan verilişlər cəmiyyətin maariflənməsində mühüm rol oynayıb.

2000-ci illərin ortalarından sonra dövlət səviyyəsində təhsil və mədəniyyət siyasətinin gücləndirilməsi nəticəsində maarifləndirici kontentin hazırlanması daha sistemli xarakter aldı. Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən müxtəlif proqramlar, ali məktəblərlə qurulan əməkdaşlıqlar, məktəblilər və tələbələr üçün təşkil olunan bilik yarışları və televiziya layihələri bu istiqamətin inkişafına təsir göstərdi. Paralel olaraq Mədəniyyət Nazirliyi milli irsin, ədəbiyyatın, musiqinin və incəsənətin təbliği üçün televiziya və radio məkanında xüsusi silsilə verilişlərin hazırlanmasını təşviq etdi. Bu dövrdə elmi-kütləvi verilişlər təkcə paytaxt auditoriyasına deyil, regionlara da yayılmağa başladı.

2010-cu ildən sonra rəqəmsal medianın sürətli inkişafı proqram formatlarını dəyişdirdi. Sosial şəbəkələr, video platformalar və onlayn kurs sistemləri maarifləndirici məzmunun daha çevik və əlçatan formada təqdim olunmasına imkan yaratdı. Artıq proqramlar yalnız studiya mühitində deyil, interaktiv, qısa və vizual elementlərlə zəngin formatlarda hazırlanmağa başladı. Bu dəyişiklik gənc auditoriyanın maraq dairəsinə uyğunlaşma zərurətindən irəli gəlirdi. İnformasiya bolluğu şəraitində diqqəti cəlb edən, eyni zamanda etibarlı mənbəyə əsaslanan kontentin hazırlanması əsas meyara çevrildi.

2020-ci illərdə isə onlayn təhsil alətlərinin geniş yayılması elmi və təhsil yönümlü proqramların əhəmiyyətini daha da artırdı. Virtual seminarlar, açıq mühazirələr, podkastlar və vebinarlar bilik paylaşımını məkan məhdudiyyəti olmadan mümkün etdi. Azərbaycanda bu mərhələdə həm dövlət qurumları, həm də özəl media strukturları rəqəmsal maarifləndirmə istiqamətində daha aktiv fəaliyyət göstərməyə başladı. Xüsusilə ana dilinin qorunması, milli tarix və mədəni irsin tanıdılması, elmi düşüncə tərzinin təşviqi kimi mövzular prioritet xətt kimi ön plana çıxdı.

Elmi-kütləvi və mədəni-maarif proqramlarının hazırlanması təkcə texniki proses deyil, həm də strateji yanaşma tələb edən sahədir. Mövzu seçimi, təqdimat dili, vizual həllər, ekspert iştirakı və auditoriya ilə interaktiv əlaqə bu proqramların effektivliyini müəyyən edən əsas amillər hesab olunur. Azərbaycanda bu istiqamətdə görülən işlər göstərir ki, düzgün qurulan maarifləndirici kontent həm gənclərin bilik səviyyəsinə, həm də cəmiyyətin ümumi intellektual mühitinə birbaşa təsir etmək gücünə malikdir. Bu səbəbdən elmi, mədəni və təhsil yönümlü proqramların davamlı və keyfiyyətli şəkildə hazırlanması informasiya təhlükəsizliyi və milli inkişaf baxımından həyati əhəmiyyətli istiqamət kimi qiymətləndirilir.

Günay Ələkbərova: Mədəni-maarif və təhsil proqramları cəmiyyətin intellektual inkişafında çox güclü mühərrik rolunu oynayır

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərovanın sözlərinə görə, elmi-kütləvi, mədəni-maarif və təhsil proqramları cəmiyyətin intellektual inkişafında səssiz, amma çox güclü mühərrik rolunu oynayır. Bu tip proqramlar insanlara yalnız informasiya ötürmür, eyni zamanda düşünməyi, sual verməyi və mövqeyini formalaşdırmağı öyrədir:

“Xüsusilə Azərbaycanda bu proqramların təsiri ondan ibarətdir ki, elm və bilik dar akademik çərçivədən çıxaraq gündəlik həyata daxil olur və geniş auditoriya üçün əlçatan olur”.

Müsahibimiz bildirib ki, milli dəyərlərin qorunması baxımından bu layihələr son dərəcə əhəmiyyətlidir. Çünki gənc nəsil öz tarixini, mədəniyyətini və mənəvi irsini quru şüarlarla yox, müasir, maraqlı və izahedici formatlarda tanıyır. Bu yanaşma milli kimliyin süni deyil, şüurlu və könüllü şəkildə mənimsənilməsinə şərait yaradır:

“Gənclərin formalaşması baxımından isə bu proqramlar alternativ düşüncə mühiti yaradır. Gənc insan təkcə sosial şəbəkələrin sürətli və bəzən səthi axınında qalmır, eyni zamanda analitik düşüncəyə, elmi yanaşmaya və mədəni zövqə yiyələnir. Bu da uzunmüddətli perspektivdə daha məsuliyyətli, savadlı və vətəndaş mövqeyi olan cəmiyyətin formalaşmasına xidmət edir”.

G.Əkbərova qeyd edir ki, bu proqramlar cəmiyyət üçün “əlifba” kimidir: görünməyə bilər, amma onsuz sağlam inkişaf mümkün deyil.

Ceyhun Məmmədov: Milli-mənəvi dəyərlərin qorunması və təhsil proqramlarının əhəmiyyəti dövlət siyasətinin prioritetidir

Milli Məclisin deputatı Ceyhun Məmmədov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, milli-mənəvi dəyərlərin qorunması və təhsil proqramlarının əhəmiyyəti dövlət siyasətinin əsas istiqamətlərindəndir.

Deputatın sözlərinə görə, hər bir millətin mədəniyyətə verdiyi dəyər onun mənəvi inkişaf səviyyəsinin göstəricisidir və bu amil milli kimliyin formalaşmasında mühüm rol oynayır. Onun sözlərinə görə, elmi fəaliyyətlərin, mədəni-maarif və təhsil proqramlarının hazırlanması və icrası bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Ceyhun Məmmədov qeyd edib ki, hazırda Azərbaycanda bu istiqamətdə genişmiqyaslı işlər görülür, müxtəlif dövlət proqramları və maarifləndirici tədbirlər həyata keçirilir. Deputat əlavə edib ki, milli-mənəvi irsin araşdırılması, qorunması və cəmiyyətə açıq şəkildə təqdim olunması prioritet məsələlərdəndir.

Elçin Əfəndi: Təhsil sahəsində uğurları olan ölkələrin təhsil proqramlarından maksiumum faydalanmalıyıq

Təhsil eksperti Elçin Əfəndi mövzuyla bağlı fikirlərini Bakıvaxtı.az-la bölüşüb:

“Hər bir ölkənin gücü onun elmi, təhsili və mədəniyyətinin səviyyəsi ilə bilavasitə bağlıdır. Xüsusilə də təhsil dövlətin gələcəyi və güclənməsi baxımından ən vacib faktorlardan biridir. Dövlətimiz hər bir sahənin inkişafı üçün bütün istiqamətlərdə mühim addımlar atır. Amma buna baxmayaraq elmi-kütləvi, mədəni-maarif və təhsil sahəsində təkmilləşməyə böyük ehtiyac var. Elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi, həmçinin, elmi-kütləvi, mədəni-maarif sahəsində müəyyən addımların atılması zərurəti artır”. 

Onun sözlərinə görə, hal-hazırda ölkəmizdə elmi-kütləvi, mədəni maarif və təhsil proqramları istiqamətində inkişaf istədiyimiz səviyyədə deyil. Bu məsələdə daha çox məsuliyyət Elm və Təhsil Nazirliyi, Audioviziual Şuranın, həmçinin, Mədəniyyət Nazirliyinin üzərinə düşür. Bu qurumlar qeyd olunan istiqamətdə müştərək proqramların hazırlanması, onların təbliğatı və təşviqi ilə məşğul olmalıdır: Dövlət elmi-kütləvi və mədəni-maarif sahəsində addımlar atır. 

Ekspert qeyd edir ki, bununla yanaşı, yenə də çatışmayan tərəflər var. Bu çatışmazlıqların aradan qaldırılması üçün aidiyyatı qurumlar ciddi və əməli işlər görməlidir. Müasir dövrdə təhsil proqramlarının araşdırılması, daha çox inkişaf etmiş ölkələrin təcrübələrinin öyrənilməsi və tətbiq olunması daha məqsədə uyğundur:

“Hazırda informasiya texnologiyaları əsrində yaşayırıq. İnformasiya texnologiyaları hər gün inkişaf edir. Texnologiyanın sürətli inkişafı müasir dünyanı, o cümlədən Azərbaycanı çağırışlara dərhal cavab verməyə səsləyir”.

E.Əfəndi bildirib ki, bu gün Azərbaycanda fəaliyyət göstərən orta ümümtəhsil müəssisələrində dərslər kurikulum təhsil proqramı əsasında keçirilir. Ali təhsil və orta ixtisas təhsil müəssisələri isə boloniya sisteminə əsaslanır. Bu yaxınlarda Elmlər Akademiyasının bir sıra qurumlarının Elm və Təhsil Nazirliyi tabeliyinə verilməsi bu istiqamətdə işlərin görülməsinin zəruri olduğunu göstərir:

“Bizdə elmi-kütləvi tədbirlər demək olar ki, çox az keçirilir.

Olimpiadaları, müəyyən təhsil yarışlarını, müsabiqələri, Texnofest festivalını və s. keçirilməsini elmi-kütləvi bir tədbir kimi qeyd edə bilərik. Biz ümumiyyətlə, hər il davamlı olaraq müəyyən elmi-kütləvi müsabiqələri, festivalları təşkil etməliyik. Bura alimlərimiz dəvət olunmalı, müxtəlif universitetlərin və məktəblərin elmi işləri, layihələri orda önə çıxarılmalıdır. Eyni zamanda biz bu işləri beynəlxalq səviyyədə də aparmalıyıq. Beynəlxalq yarışmalarda azərbaycanlı alimlər, məktəblilər, tələbələr iştirak etməlidir. Azərbaycanın bütün sahələrdə elmi, iqtisadi, hərbi istehsalat məhsulları orda təqdim olunmalıdır”.

Müsahibimizin fikrincə, mədəni-maarif proqramları sahəsində çatışmayan tərəflər daha çoxdur. Çünki hazırda ölkəmizdə mədəni-maarif istiqamətində müəyyən tədbirlərin keçirilməsində sanki nəsə çatışmazlıq var. Buna kütləvi imformasiya vasitələrini, televiziyanı misal gətirə bilərik. Bu gün televizyalarımız daha çox şou istiqamətində inkişaf var. Mədəniyyət televiziyası istisna olmaqla televiziyalarda mədəni-maarifə həsr olunan verilişləri təsadüfi hallarda görə bilirik:

“Lakin 44 günlük müharibədən sonra bu istiqamətdə artıq müəyyən işlər görülməyə başlayıb. Məsələn Şuşada “Xarı Bülbül” festivalı, ya da “Vaqif Poeziya Günləri”nin keçirilməsi elmi, mədəni-maarif istiqamətində atılan addımlardır.

Təhsil proqramları istər tam, istər ümumi, istər orta ixtisas, istərsə də ali təhsil müəssisələrində müasir çağırışlar əsasında yenilənməlidir. Hazırda STEAM əsaslı təhsil tədricən inkişaf edir. Artıq bir neçə məktbə və liseylərdə bu proqramdan istifadə olunur.

Fikrimcə, biz dünyanın qabaqcıl inkişaf etmiş ölkələrinin, xüsusilə də təhsil sahəsində uğurları olan ölkələrin təhsil proqramlarından maksiumum faydalanmalıyıq”.

Zeynəb Rzayeva

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:456
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 30 Yanvar 2026 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see261

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see260

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see239

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see230

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see228

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see222

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see218

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see218

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see216

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see204

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see200

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see196

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see190

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see185

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see182

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see180

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see174

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see170

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see169

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri