Icma.az
close
up
RU
ABŞ dövlət katibi vəzifəsinə namizəd Marko Rubio kimdir? DOSYE

ABŞ dövlət katibi vəzifəsinə namizəd Marko Rubio kimdir? DOSYE

Icma.az, Publika.az portalına istinadən məlumat verir.

2024-cü il noyabrın 13-də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp gələcək administrasiyasında ABŞ dövlət katibi vəzifəsinə Florida ştatından senator Marko Rubionun namizədliyini irəli sürüb.

Publika.az xəbər verir ki, Marko Rubio (tam adı - Marco Antonio Rubio) 28 may 1971-ci ildə Mayamidə kubalı mühacir ailəsində anadan olub. İki ali təhsili olan Rubio 1996-cı ildə ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Bob Doulun seçki qərargahında işləyib.

1998-ci ildə Qərbi Mayami Şəhər Şurasına üzv seçilib. 2000-ci ilin yanvarında Florida Nümayəndələr Palatasına erkən seçkilərdə qalib gəlib və dörd dəfə seçkilərdən qalib ayrılıb.

2010-cu ildə Marko Rubio ilk dəfə ABŞ Senatına seçilib. Bu günə qədər o, müxtəlif komitələrdə çalışıb. 2016-cı ildə Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədliyini irəli sürüb, lakin praymeriz zamanı namizədliyini geri götürüb. Donald Trampın rəqibi olduğu seçki kampaniyası zamanı bir-birini kəskin tənqid etsə də, partiyanın qurultayında Tramp vahid namizəd kimi təsdiqlənəndə Rubio onu dəstəkləyib.

Senator iqtisadi və sosial siyasətlə bağlı mühafizəkar fikirləri ilə tanınır. Rubio hökumət xərclərinin azaldılması və müdafiə xərclərinin artırılmasının tərəfdarıdır və Obamacare tibbi sığorta proqramına qarşıdır.

O, aborta, gey nikahına, marixuananın leqallaşdırılmasına və silaha nəzarətin artırılmasının əleyhinədir. Əvvəlcə senator, ABŞ-da qeyri-qanuni miqrantların mərhələli şəkildə leqallaşdırılmasının lehinə danışsa da, sonradan öz fikrini dəyişib və sığınacaq qaydalarını sərtləşdirməyə, ABŞ-ın Meksika ilə sərhədini gücləndirməyə çağırıb.

Siyasətçi həmçinin, iqlim dəyişikliyinin insan fəaliyyəti ilə bağlı olduğuna inanmır və alternativ enerji mənbələrinə keçidin tərəfdarı deyil.

Rubio NATO-nun Liviyadakı hərbi əməliyyatını (2011), Səudiyyə Ərəbistanının Yəmənə hərbi müdaxiləsini (2015) və Vaşinqtonun Tehranla “nüvə sazişi”ndən çıxmasını (2018) dəstəkləyib.

BMT-nin təklif etdiyi Fələstin-İsrail münaqişəsinin “iki xalq üçün iki dövlət” prinsipi əsasında həlli konsepsiyası ilə razı olmayan siyasətçi Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanıması qərarını alqışlayıb (2017), İsrailə hərbi yardım edilməsinin vacibliyini vurğulayıb.

O, Çini cilovlamaq üçün Asiya-Sakit okean regionunda ABŞ-ın hərbi mövcudluğunu artırmağı təklif edib və İran, Suriya, KXDR-ə qarşı sanksiyaların sərtləşdirilməsinin tərəfdarıdır.

2022-ci ildə o, Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatı pisləyib. Eyni zamanda Rubio münaqişəyə danışıqlar yolu ilə son qoyulmalı olduğuna inanaraq, Ukraynanın NATO-ya daxil olmasına qarşı çıxış edib.

(Report)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://publika.az
archiveBu xəbər 14 Noyabr 2024 01:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see387

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see375

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026 cı ildə 10 milyard dollar təşkil edəcək

13 Sentyabr 2026 04:10see316

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see290

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see283

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see277

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see271

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see258

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see252

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see250

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see249

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see246

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see238

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see236

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

13 Sentyabr 2026 16:32see225

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see224

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see219

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see209

Azərbaycanda qida biznesində yeni dövr

13 Sentyabr 2026 18:33see200

Dəbdəbəli toyu olan gəlin bu məmurun qızı imiş KONKRET

13 Sentyabr 2026 14:58see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri