Plyuşenko “qara siyahı”ya salındı
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fiqurlu konkisürmə üzrə ikiqat Olimpiya çempionu Yevgeni Plyuşenko Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin “War&Sanctions” portalının “qara siyahı”sına daxil edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə həmin informasiya bazasının portalında yerləşdirilən məlumatda qeyd olunub.
Həm də ictimai xadim olan Plyuşenkonun Rusiyanın Ukraynaya qarşı müharibəsini və siyasətini dəstəklədiyi üçün siyahıya daxil edildiyi bildirilir. Bundan əlavə, idmançı Rusiyanın ilhaq etdiyi Krım yarımadasına da səfər edib.
Bazaya həmçinin fiqurlu konkisürmə üzrə Olimpiya çempionu Alina Zaqitova, fiqurlu konkisürmə üzrə Olimpiya ikincisi, xoreoqraf İlya Averbux da daxil edilib. Onlar Rusiya hakimiyyətini dəstəkləməkdə, Krıma səfərlər etməkdə və regionda idmanın inkişafına yardım etməkdə günahlandırılırlar.
Qeyd edək ki, ümumilikdə 2022-ci ilin fevralından indiyədək “War&Sanctions” portalının “qara siyahı”sına Rusiyanı təbliğ etməkdə əlaqələndirilən 450 nəfərdən çox ictimai xadim, idmançı və incəsənət xadimi daxil edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 30 Oktyabr 2026 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















