ABŞ ən qədim aviadaşıyıcısının xidmət müddətini uzatdı
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
ABŞ Müdafiə Nazirliyi ölkənin ən qədim hərbi aviadaşıyıcılarından biri olan "USS Nimitz" gəmisinin xidmət müddətinin əlavə olaraq 10 ay uzadıldığını açıqlayıb.
Moderator.az xəbər verir ki, bu barədə Pentaqon sənədlərinə istinadən məlumat yayılıb.
Məlumata görə, ABŞ Müdafiə Nazirliyi "Huntington Ingalls Industries" şirkətinin Virciniya ştatının Nyupor-Nyus şəhərində yerləşən bölməsinə 95,7 milyon dollar dəyərində müqavilə opsiyasının icrasına icazə verib.
Sənədə əsasən, vəsait "USS Nimitz" (CVN-68) aviadaşıyıcısının istismardan çıxarılması və nüvə yanacağının boşaldılması üzrə hazırlıq işlərinin görülməsi üçün ayrılıb.
Bildirilir ki, ABŞ Hərbi Dəniz Qüvvələri 50 il xidmət göstərmiş aviadaşıyıcını 2027-ci ilin martında istismardan çıxarmağı planlaşdırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 15 Mart 2026 08:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















