Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

ABŞ prezidenti sanksiyaların müddətini niyə uzatdı?

ABŞ prezidenti sanksiyaların müddətini niyə uzatdı?

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Xaqani CƏFƏRLİ

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı bir sıra sanksiyaların daha bir il müddətinə uzadılmasına qərar verib. Müddəti uzadılan sanksiyaların sırasında hələ 2014-cü ildə Barak Obama tərəfindən tətbiq edilmiş qadağalar da var. Sanksiyaların müddətinin uzadılması qadağaların tətbiq edilməsini nəzərdə tutan sərəncamlarda qeyd olunan hərəkətlər və siyasətlər ABŞ-nin milli təhlükəsizliyi və xarici siyasət maraqları üçün fövqəladə təhlükə yaratmaqda davam etməsi ilə izah edilir.

Sanksiyaların uzadılmasının bir neçə səbəbi var. Birincisi, Rusiya Ukraynaya qarşı müharibəni davam etdirməkdədir və sülhə maraq göstərmir. Belə bir şəraitdə Tramp sanksiyaların qüvvədən düşməsinə imkan verə bilməz. Əgər, Tramp müharibəni dayandıra bilməsə, bu, ciddi şəkildə onun və tərəfdarlarının əleyhinə işləyəcək. İkinci səbəb isə onunla bağlıdır ki, Konqresdə Ukraynanı dəstəkləyən çoxluq mövcuddur. Tramp isə həmin çoxluğun mövqeyini nəzərə almağa məhkumdur. 

Trampın sanksiyaları daha bir il müddətinə uzadılması haqqında sərəncamından bir gün öncə ABŞ Konqresinin Nümayəndələr Palatasındakı ikipartiyalı qrup Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynaya dəstək ifadə edib. Konqresmenlər bildiriblər ki, Rusiya diktatoru Vladimir Putinin Ukraynaya qarşı müharibədə uğur qazanmasına imkan verilməməlidir və Rusiya strateji məğlubiyyətə uğradılmalıdır. Bu qrupda Cənubi Karolinadan olan respublikaçı Co Vilson kimi nüfuzlu konqresmenin olması Trampı Rusiyaya qarşı güzəştə getməkdən çəkindirir. İki partiyalı qrupun müharibənin üç ilinin tamam olması ilə bağlı hazırladıqları Qətnamə layihəsinin preambulasında rusların Ukraynaya qarşı törətdiyi 100 mindən çox hərbi cinayət xatırlanır. Qətnamədə konqresmenlər Ukrayna xalqına ABŞ-nin sadiqliyini və Ukraynaya güclü dəstəyini bir daha təsdiqləməklə yanaşı, işğal edilmiş ərazilər üzərində Kiyevin nəzarətinin bərpa edilməsinin zərurətini, eləcə də Ukraynanın Avro-Atlantik institutlara inteqrasiyasına dəstək ifadə ediblər.

Trampın sanksiyaları uzatmasının üçüncü səbəbi bu qadağalardan ABŞ-nin faydalanmasıdır. Məsələn, keçmiş prezident Baydenin "vida" sanksiyaları hesab olunan son qadağası Rusiya iqtisadiyyatının neft-qaz sektoruna ağır zərbə vurub. Ən son məlumatlara görə, Baydenin "vida" sanksiyaların təzyiqi nəticəsində Rusiyada daha iki maye qaz zavodu fəaliyyətini dayandırıb. Bunlar Novatek şirkətinin "Krioqas-Vısotsk" və Rusiyanın qaz nəhəngi "Qazprom"un "Portovaya-LNG" zavodlarıdır. Hər iki zavod bütün əməliyyatları fevralın 27-dək başa çatdırmaq tələbi ilə yanvarın əvvəlində ABŞ Maliyyə Nazirliyi tərəfindən qara siyahıya salınmışdı. "Qazprom"un "Portovaya-LNG" zavodu Rusiyanın ən böyük maye qaz zavodu hesab olunur. Bu zavodların fəaliyyətini dayandırması Rusiyanın qlobal enerji bazarlarındakı mövqelərinə sarsıdıcı zərbə vurur. Bundan ən çox yararlanan ölkələrin siyasında ABŞ birincidir. Tramp ABŞ-da neft-qaz hasilatını təşviq etmək istəyir. Bunun üçün ilk növbədə satış bazarları əldə edilməlidir. Bunun ən asan yolu da qlobal enerji bazarında ən böyük paya sahib olan ölkələrdən biri olan Rusiyanın neft və qaz ixracatını məhdudlaşdırmaqdır.

Tramp Böyük Britaniyanın Baş naziri Kir Starmerlə birgə keçirdiyi mətbuat konfransında bəyan edib ki, müharibəyə ya indi son qoyulacaq, ya heç bir zaman. Tramp ilk dəfədir ki, belə fikir səsləndirir. Belə görünür ki, Trampın atəşkəsə və sülhə nail ola biləcəyi ilə bağlı nikbinliyi azalıb. Bu isə o deməkdir ki, sanksiyalar Rusiyaya qarşı təzyiq vasitəsi olaraq qalacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Mart 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see603

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see358

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see270

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see263

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see254

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see249

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see247

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see240

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see237

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see231

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see217

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see217

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see208

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see208

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see207

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see203

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see201

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see200

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see199

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri