Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

ABŞ Ermənistan sazişi region üçün ciddi təhlükələr doğurur Deputat

ABŞ Ermənistan sazişi region üçün ciddi təhlükələr doğurur Deputat

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Yanvar ayının 14-də ABŞ ilə Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq sazişi iki ölkə arasında münasibətləri daha da sıxlaşdırdı. Burada ABŞ-nin Ermənistana bir çox mövzuda yardım edəcəyi bildirilir. Ermənistanın Rusiya ilə eyni hərbi və iqtisadi ittifaqda üzv olduğu halda, onun ABŞ ilə belə bir xartiya imzalaması təbii ki, birmənalı qarşılanmır.

Bəs əslində, ABŞ-Ermənistan yaxınlaşmanın səbəbi nədir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Elman Nəsirov bildirdi ki, bu sazişin imzalanması region üçün ciddi təhlükələr doğurur.

"Yanvar ayının 14-də Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında imzalanmış strateji tərəfdaşlıq sazişi iki ölkənin münasibətlərini ən yüksək səviyyəyə qaldırıb. Təbii ki, bu səviyyə müxtəlif istiqamətlərlə yanaşı, həm də hərbi komponenti özündə ehtiva edir və məhz bu strateji tərəfdaşlıq sənədinin ardınca Birləşmiş Ştatların hərbi-texniki personalının Ermənistanın İranla sərhəd ərazilərinə gətirilməsi ilə bağlı artıq fikirlər dolaşmaqdadır. Nəzərə alsaq ki, hələ keçən ilin aprel ayının 5-də ABŞ Ermənistan, Avropa İttifaqı üçtərəfli sənəd imzalamışdır, bu sənəd özü də artıq münasibətlərin yüksək səviyyəsini təmin edirdi və eyni zamanda, bu sənəddə hərbi komponentləri özündə ehtiva edən bir sənəd idi. Beləliklə, adı çəkilən sazişin imzalanması region üçün təhlükə mənbəyidir. Çünki Ermənistanı Fransa, Hindistan silahlandırır, Yunanıstan və Kipr Respublikası analoji addımlar atır. İndi isə Birləşmiş Ştatların Ermənistanı silahlandırılması üçün əlavə və daha geniş imkanlar pəncərəsi açılmış olur. Bu saziş region üçün çox ciddi yeni təhlükələr yaratmış oldu".

Deputat həmçinin ABŞ-nin bu addımının, Prezident Cozef Baydenin administrasiyasının ermənipərəst mövqeyinin bir davamı olduğunu və gələcəkdə Tramp administrasiyasının bu kursu dəyişdirə biləcəyini vurğuladı.

"Belə olan vəziyyətdə növbəti sual yaranır ki, Bayden öz postunu tərk etməyə altı gün qalmış niyə tələm-tələsik bu addımın atılmasına rəvac verdi? Görünür ki, bununla da özündən sonrakı administrasiyanın da elə Bayden administrasiyası kimi ermənipərəst mövqedə dayanması üçün hüquqi təminat yaratmaq istəyib. Amma o da Trampı hələ sona qədər kəşf edə bilməyiblər. Dəfələrlə Tramp kifayət qədər böyük təəccüb doğura biləcək addım atmağı bacarıb. Eyni zamanda vurğulayıb ki, yanvar ayının 20-dən artıq 100-dən artıq bu və ya digər sənədin qəbulu, sənədə imza atılması və yaxud da ki, onların ləğvi gözlənilir. 2015-ci  ildə Buş administrasiyası təşəbbüsü ilə altı dövlət İranla nüvə sazişi imzalamışdı. 2018-ci ildə Tramp hakimiyyətə gəldikdən sonra həmin sazişi ləğv etmişdi. Eyni zamanda biz hesab edirik ki, Tramp bu dəfə də analoji addım ata bilər. Həm də nəzərə alsaq ki, Tramp administrasiyası Azərbaycanın regiondakı yerini və rolunu, əhəmiyyətini kifayət qədər daha yaxşı dərk edib, onun birinci prezidentliyi dövrü sübut elədi. Azərbaycan Prezidenti cənab İlham Əliyev də Şuşada keçirilən ikinci media forumda və yanvar ayının 7-də yerli televiziya kanallarına müsahibəsində də qeyd etdi ki, Trampın birinci hakimiyyəti dövründə Azərbaycanla münasibətlər dinamik inkişaf tempinə malik olub və biz strateji tərəfdaşlar kimi davranmışıq. Bu məsələnin bir tərəfi. İkinci tərəfi də odur ki, hesab edirəm ki, İran indiki vəziyyətdə kənar müşahidəçi statusunda qalmamalı, izləyici statusunda qalmamalı, məsələyə reaksiya verməlidir. ABŞ-İran münasibətləri düşmənçilik münasibətləridir və İranın dostu hesab edilən Ermənistan bu günləri ABŞ-nin silahlı qüvvələrini İran sərhədinə gətirir. Nəyin sayəsində? İmzaladığı strateji tərəfdaşlıq sazişi əsasında. Mənə elə gəlir ki, bu, İran üçün qırmızı xəttin keçilməsi anlamına gəlməlidir və İran tərəfi rəsmi İrəvanla bağlı çox ciddi ölçülər götürməlidir. Daha İran nəyi gözləyir?", - deyə Elman Nəsirov bildirdi.

Türkan İSGƏNDƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Yanvar 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri