ABŞ Ermənistan və Türkiyənin Suriya üçün sərhədi açmasını alqışlayır
Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Ermənistan və Türkiyənin “Marqara” – “Alican” sərhədini Suriya xalqına yardım üçün müvəqqəti açmasını alqışlayır.
“Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono sosial şəbəkədə yazıb.
“ABŞ Ermənistan və Türkiyə arasında Suriya xalqına humanitar yardım göstərmək üçün “Marqara” – “Alican” sərhəd keçidinin müvəqqəti açılması ilə bağlı əməkdaşlığı alqışlayır. Bu, Cənubi Qafqazda əməkdaşlığın bütün regiona fayda verdiyini göstərir”, – Bono qeyd edib.
Xatırladaq ki, daha əvvəl Ermənistan Türkiyə vasitəsilə Suriyaya humanitar yardımın daşınması üçün martın 21-dən 31-dək Ermənistan – Türkiyə sərhədindəki “Marqara” sərhəd-keçid məntəqəsini açacağını bildirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 22 Mart 2025 05:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















