Aİ Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin İrəvanda keçirilən görüşünün nəticələrini alqışlayır
Icma.az bildirir, Moderator.az portalına istinadən.
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin İrəvanda keçirilən altıncı görüşünün nəticələrini alqışlayıb.
Moderator.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.
"Ermənistan və Türkiyənin xüsusi nümayəndələri - Ruben Rubinyan və Sərdar Kılıç arasında bu gün İrəvanda baş tutan altıncı görüşü ürəkdən alqışlayıram. Bugünkü dinamika və verilən bəyanatlar ümidvericidir", - o vurğulayıb.
Qrono qeyd edib ki, Aİ Ermənistan və Türkiyə arasında normallaşma və sülh proseslərini yaxından izləməkdə davam edir, eləcə də davamlı sülhə nail olmaq, regional əməkdaşlığı inkişaf etdirmək, əlaqəni və barışığı gücləndirmək məqsədi daşıyan tərəflərin səylərini dəstəkləmək niyyətindədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 12 Sentyabr 2025 21:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















