Icma.az
close
up
RU
ABŞ üçün “ölü Ermənistan”

ABŞ üçün “ölü Ermənistan”

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yaxud Paşinyanın Vaşinqton səfərinə elegiya

ABŞ-da belə bir deyim var ki, prezidentin ölməsini ən çox istəyən vitse-prezidentdir. Çünki vitse-prezidentlər Birləşmiş Ştatların federal hakimiyyətində dövlət başçısından sonra ikinci şəxs kimi qəbul edilsələr də, əsas funksiyaları birincilərin dünyalarını dəyişmələri, istefaları və ya hansısa səbəbdən hakimiyyətdən uzaqlaşdırılmaları hallarında onları əvəzləyirlər. Əlbəttə, ABŞ təcrübəsində əvvəllər vitse-prezident olmuş şəxslərin sonradan prezident postunu tutmalarına da rast gəlinib.

Amma bu, tamam başqa hekayətdir. Yazımıza belə başlamağımız isə təsadüfi deyil.

Məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyan ötən həftə Birləşmiş Ştatlara səfər etdi. Səfərin Beynəlxalq Dini Azadlıq Sammitində iştirak məqsədi daşıdığı açıqlansa da, aydın idi ki, Paşinyan ABŞ-ın yeni administrasiyasına yaxınlaşmaq niyyəti güdür. Güman ki, ona bu təlimatı Fransa prezidenti Emmanuel Makron vermişdi. Çünki ABŞ Prezidenti Donald Trampın Makrondan, yumşaq desək, xoşu gəlmir və o da yaxşı anlayır ki, Ermənistan baş nazirini Ağ evin yeni sahibinə təqdim etmək cəhdi uğursuz alınacaq. Axı Makronun özünün təqdimata ehtiyacı var. Əlbəttə, söhbət yaxşı mənada təqdimatdan gedir ki, bu, son dərəcə mümkünsüz görünür. Fransa prezidentinin nüfuzu yerlə birdir.

Ermənipərəstlik kollektiv Qərbin “müştərək məhsulu” olduğundan, Birləşmiş Ştatların da ona dəstəyi önəmlidir. Yəni, Fransa və ya bütövlükdə Avropa ilə iş aşmır. Paşinyan Vaşinqtona məhz həmin dəstəyi təkbaşına qazanmaq üçün yollanmışdı.

Yəni, Nikol özü öz başına çarə qılmalı, ABŞ-ın əvvəlki administrasiyası dövründə Vaşinqton – İrəvan əməkdaşlığı sahəsində indiyədək qazanılmışları qorumalıdır. Söhbət Trampın andiçmə mərasimindən bir neçə gün əvvəl imzalanmış ABŞ – Ermənistan strateji tərəfdaşlıq sazişinin qüvvədə saxlanılmasından və sənədin müddəalarının həyata keçirilməsindən gedir.

Bəli, Nikol çalışır ki, sözügedən saziş lazımsız kağız parçasına çevrilməsin. Halbuki, bu mümkünsüzdür. Əvvəla, strateji tərəfdaşlıq tərəflərin müəyyən mənada bərabər müstəvidə qiymətləndirilməsi halında mümkündür. ABŞ hara, Ermənistan hara? İkincisi, sənəd ABŞ-ın Cənubi Qafqazdakı anti-Rusiya köklənişinin təzahürü idi və Ermənistan prosesdə yalnız alətdir. İndiki durumda lüzumsuz alət.

Əlbəttə, deməzdik ki, Birləşmiş Ştatların hazırkı rəhbərliyi Rusiyaya qarşı deyil. Sadəcə, onun davranış yöntəmi fərqlidir və bu fərqlilikdə Ermənistanın “xidmətlərinə” ehtiyacın duyulmadığını Nikol və onun dəstəkçisi Makron bilməmiş deyil. Amma azacıq bir ümid var. Yəni, güman var ki, Tramp Ermənistanı, heç olmasa, xəritədə tapmaq istəyəcək.

Paşinyan da ABŞ-a Ermənistanın dünya xəritəsində harada yerləşdiyini göstərmək üçün yollanmışdı. Yollandı və dinlə bağlı tədbirdə ölkəsinin, guya, 301-ci ildə xristianlığı qəbul etdiyinə dair nağıl danışdı. Özü də sən demə, bu qəbuletmə rəsmi səviyyədə olubmuş. Nikol hələ erməni krallığından da söz açdı. Bir sözlə, o, Vaşinqtonda dünya erməniliyinin xəstə təfəkküründə bəslədiyi sərsəm mücərrədliyi vurğulamaqdan başqa heç nə etmədi.

Bəli, Trampla görüşü xəyalı da quran, Birləşmiş Ştatların yeni administrasiyasında aparıcı hansısa şəxslə görüşməyə ümid bəsləyən erməni baş nazir sonda ölkənin yeni vitse-prezidenti Ceyms Devid Venslə “şəkil çəkdirməyə” nail oldu. Əlbəttə, Riçard Niksondan sonra ölkənin ən gənc vitse-prezidenti olmuş Vensin gələcək karyerasına dair nə isə demək, yaxud onu əhəmiyyətsiz şəxs kimi qələmə vermək niyyətindən uzağıq. Heç şübhəsiz, ABŞ-ın yeni vitse-prezidenti siyasətdə iddialıdır.

Vaxtilə Trampın qatı əleyhdarı kimi tanınmış, hətta dövlət başçısını açıq şəkildə “axmaq” adlandırmış, həmçinin trampizmi hitlerçiliklə, “ən bədbəxt amerikalıları anlaqsız hala salan narkotiklərlə” müqayisə etmiş birinin sonradan 180 dərəcə dəyişməsi adi məsələ deyil. Nə bilmək olar, bəlkə 1984-cü il təvəllüdlü Vens gələcəkdə ABŞ-ın prezidenti də oldu. Amma indi tutduğu post onun bir zamanlar hazırkı dövlət başçısı barədə dediklərinə uyğun gəlmir.

Yəni, Vens Trampın, belə demək mümkünsə, amnistiyasına düşməyib və deməli, birinci üçün parlaq gələcək şansı yalnız ikinci həyatda olmayanda yetişəcək. Nəticəyə gəlirik ki, Paşinyanın ABŞ-ın federal hökumətindəki qaydaya əsasən, yalnız prezidentin yoxluğu şəraitində söz sahibinə çevrilə biləcək Vens tərəfindən qəbul edilməsində subliminal mesaj payı var. Mesaj isə budur: “erməni məsələsi” Birləşmiş Ştatların hazırkı rəhbərliyi üçün ölü durumdadır.

Digər tərəfdən, onu da nəzərə alaq ki, hazırda Birləşmiş Ştatların yeni komandasındakı yüksək rütbəli şəxslərin hamısı məşğuldur və onların xəritədə yerini güclə tapa biləcəkləri önəmsiz ölkənin baş nazirini qəbul etməyə vaxtları yoxdur. Bu mənada Vens daha rahatdır. Çünki, prinsipcə, təmsil olunduğu komandadakı digər şəxslərdən fərqli olaraq, üzərinə elə bir ciddi iş, hansısa əsaslı dəyişiklik aparmaq vəzifəsi düşmür. Ən əsası, Vensin Ermənistana dair qərar vermək səlahiyyəti də yoxdur.

Sonda isə Paşinyanın ABŞ səfərinə, daha doğrusu, Nikol və tərəfdarlarının səfəri müstəsna əhəmiyyətli hadisə kimi təbliğ etmələrinə tamam başqa rakursdan yanaşaq. Axı erməni baş nazirin Birləşmiş Ştatlara gedişi rəsmi xarakter daşımırdı. Bir qayda olaraq, yüksək ranqlı şəxslərin başqa ölkələrə səfərləri əvvəlcədən razılaşdırılmış plan əsasında qrafikə uyğun gerçəkləşir. Yəni, Nikol, bir növ, “çağrılmamış qonaq” idi. Belə olan halda, onun ABŞ-a yollanması nə qədər mənasız idisə, tərəfdarlarının səfərə fövqəladə əhəmiyyət verən fikirləri də bir o qədər cəfəngdir.

Ə.RÜSTƏMOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Fevral 2025 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see356

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see326

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see296

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see235

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see221

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see214

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see210

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see195

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see189

UEFA Konfrans Liqası: Qarabağ Tvente yə qarşı

20 Avqust 2026 08:45see162

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see161

Avro və rubl bahalaşdı

20 Avqust 2026 09:13see160

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see159

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see156

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see153

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see152

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see149

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see148

Böyük Qayıdış: verilən vəd və görülən işlər

20 Avqust 2026 13:23see140

Fransada yanğınsöndürənlər və xilasedicilər sentyabrın 26 dan müddətsiz tətilə başlayırlar

20 Avqust 2026 08:34see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri