Icma.az
close
up
RU
Suriya və Ermənistan

Suriya və Ermənistan

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son günlər gündəmi Suriya tutub desək, yanlış olmaz. Bununla belə, Suriya mövzusunda bir istiqamət hələ gərəyincə diqqətə alınmamaqdadır. Mən Suriya və Ermənistan bağlamında ediləcək vurğuları nəzərdə tuturam.

Suriya ilə Ermənistanı birləşdirən və ayıran cəhətlər nədən ibarətdir?

Suriya da, Ermənistan da sərhədləri xətkeş-pərgarla çəkilən, bir baxıma, qurama dövlətlər olub.

Hər iki ölkə Fransa ilə bu və ya digər bağlara malikdir yaxud malik olub. XX yüzil tarixindən bildiyimiz kimi, Osmanlıdan ayrılan (qoparılan) Suriya, “Fransız mandat”ına keçmişdi (salınmışdı) və bu “mandat” 28 iyun 1922-ci ildən 01 yanvar 1925-ci ilədək mövcud olsa da, Fransa, sonrakı onillər boyu da Suriya sevdasını ürəyində dəfn edə bilməyib. Ermənistan isə SSRİ dağılar-dağılmazdan Fransanın açıq təzahür edən maraq dairəsindəki yerindən cilvələnməkdədir.

Suriya türkmanlarının, başqa deyilişlə, Suriya azərbaycanlılarının (yaxud Suriya türklərinin) başına gətirilənlər, Ermənistanda azərbaycanlıların başına gətirilənlərlə eyniyyət təşkil edir. BƏƏS Suriyası, özəllikə son illərki Suriya rejimi də, soydaşlarımızı didərgin salıb, haqq-hüquqlarını tanımayıb – necə ki, Ermənistan 300 min azərbay¬canlını öz dədə-baba torpaqlarından – İrəvan, Göyçə, Zəngəzur və b. yerlərdən (Qərbi Azərbaycandan) didərgin salmışdır...

Əsəd rejimi kimi, Köçəryan, Sərkisyan rejimi öndə olmaqla Ermənistan hakimiyyəti də, türklərə, Türk dünyasına münasibətdə düşməncə davranıblar. Bu günün Ermənistanı potensial Suriyadır...

Bizim yaxın coğrafiyada xarici güclərin maraq dairəsinin kəsişməsinə, xarici ölkələrin hesablaşma yerinə çevrilən ölkələrin ilk ikisi Suriya və Ermənistandır.

Ona görə də hal-hazırda Suriyada baş verən hadisələr fonunda, Qafqazda hər hansı bir ölkənin adı çəkilməlisə, o ölkə Ermənistan olmalı.

Habelə, Ermənistan yalnız Türkiyəylə münasibətdə deyil, digər qonşularla münasibətdə də sabitqədəm, konstruktiv bir mövqe nümayiş etdirməyib. Ona görə də, Suriyanın başına gələnlər, özəlliklə, Hafiz Əsəd rejiminin başına gələnlər, Ermənistan və Ermənistan hakimiyyəti üçün də bir dərs olmalıdır.

Vətəndaş müharibəsi başlamazdan öncə Suriyada təxminən 100 min erməninin yaşadığı ehtimal edilir. 60 mini Hələbdə, 8 mini Qamışlıda, 6-7 mini Şamda məskunlaşmış ermənilərin Şam, Hələb, Latakiya kimi şəhərlərdə kilsələri, məktəbləri, mədəniyyət mərkəzləri mövcud olub. Təsəvvür edin ki, BƏƏS rejimi ermənilərçün necə münbit ortam yaradıb ki, Suriya erməni icması bütün erməni diasporları içində ən mütəşəkkili hesab olunurmuş...

Vətəndaş müharibəsinin başlaması ilə Suriyadan on minlərlə erməni, başda Ermənistan olmaqla başqa dövlətlərin ərazisinə daşınıb. Onlardan bir bölümü vaxtilə Azərbaycanın işğal altındakı torpaqlarına köçürülərək, qeyri-qanuni məskunlaş¬dırılmışdı.

Suriyanın bəzi hərbi-siyasi qruplaşmaların nəzarətində olan bölgələrində, onlarla qanunsuz işbirliyi içində olan erməni milislərinin idarə etdiyi məhəllələr vardı.

Təqribən 20 minə yaxın erməninin ən son günlərədək Suriyada qaldığı ehtimal olunur. Sahil Tüməni komandiri, yarbay Tarık Solakın Əsəd rejimi iflas edəndən sonra, Lazkiyanın quzeyindəki ermənilərlə görüşündən videosu yayılmışdı. “Biz Osmanlının torunlarıyıq, Əməvilərin, Abbasinin torunularıyıq. Əmin əllərdəsiniz” deyirdi. Həmişə, hər yerdə əllərinə düşəni öldürən ermənilər, onlara uzadılan əmin əllərdən sui-istifadə etməsə yaxşı olar...

Suriyanın və Ermənistanın beynəlxalq siyasətdəki davranışlarının oxşar cəhətlərinə müəyyən vurğular etdik, gəlin, bu iki ölkəni birləşdirən və ayıran xüsusiyyətləri daha ətraflı müzakirə etməyə çalışaq:

Suriya və Ermənistanı birləşdirən amillər

Hər iki ölkədə terrorçuluğa açıq dəstək vermiş hakimiyyətlər hökm sürüb.

1. Terrorizmlə əlaqə və dəstək:

- Suriyada uzun müddət terror qruplaşmalarına, özəlliklə də PKK və digər ekstremist qruplara dəstək verilib. Bu təşkilatlar Türkiyə əleyhinə fəaliyyətlər üçün Suriyanın ərazisini baza kimi istifadə edib;

- Ermənistanda da bu iş bilavasitə dövlət siyasəti xarakteri daşıyıb; o cümlədən ASALA və digər erməni terror təşkilatları vasitəsilə çoxsaylı terror aktları həyata keçirilib. Ayrıca, Ermənistan real işğal, müharibə cinayətləri ilə,terror qruplarını, separatçı rejimləri dəstəkləməsi ilə ad çıxarıb.

2. Türkiyəyə qarşı düşmənçilik mövqeyi:

Hər iki dövlətin Türkiyə ilə uzun sınır xətti vardır. Hər ikisi də, Türkiyə ilə münasibətlərində dostluq deyil, düşmənçilik mövqeyi nümayiş etdirib. Hər ikisinin ərazisində qardaş Türkiyənin, Azərbaycanın əleyhinə eyləmlər həyata keçirilib.

Suriyanında, Ermənistanın da ərazisi PKK üçün əlverişli çalışma alanı olub;

Ermənistan qondarma “erməni soyqırımı” iddiaları üzərindən Türkiyə ilə münasibətlərini daim gərgin saxlayıb.

3. Rusiyanın hərbi və geosiyasi nüfuzu:

Rusiyanın həm Suriya, həm də Ermənistan üzərində uzunmüddətli hərbi-siyasi təsiri, hər ikisinin ərazisində hərbi bazasının olduğu heç kim üçün sirr deyil.

- Suriyada Rusiya hərbi bazaları (özəlliklə Tartus,Hmeymim) və Kremlin Əsəd rejimini qorumağa yönəlmiş hərbi-siyasi müdaxiləsi, Suriyada Rusiya təsirini illər boyu güclü qılıb;

- Rusiya Gümrüdəki 102-ci hərbi bazası ilə Ermənistanda hərbi mövcudluğunu saxlayır və ölkəni Güney Qafqazdakı strateji maraqları üçün bir “dayaq nöqtəsi” kimi görür. Ermənistan Paşinyan dönəmində iki stulda oturmaq, sonra Rusiya stulundan sivişib, tam Qərb stuluna əyləşmək üçün eyləmlərdə bulunsa da, üzərindəki “forpost” yarlığından qurtulmuş sayılmaz.

4. Xarici maraqların kəsişmə nöqtəsi:

-Həm Suriya, həm də Ermənistan müxtəlif beynəlxalq güclərin maraqlarının toqquşduğu yerlərdir. Suriyada ABŞ, Rusiya, İran və sövq-təbii Türkiyə daxil olmaqla bir çox ölkənin maraqları var. Ermənistanda isə Fransa başda olmaqla Avropa, ABŞ, Rusiya və İranın çal-keçir təsirləri mövcuddur.

-Bu kəsişmələr hər iki ölkənin daxili sabitliyini, suverenliyini zəiflədir, onları xarici güclərin rəqabət meydanına çevirir.

Qardaş Türkiyəni çıxmaq şərti ilə, digər xarici güclərin Suriya xalqını düşünmədiyi, səmimi, adil sülh üçün çalışmadığı aydındır; Ermənistana münasibətdə də, ən səmimi, obyektiv, adil münasibət Azərbaycan və Türkiyəyə məxsusdur. – Biz orda da, burda da beynəlxalq hüquq normalarına istinad edirik, bəs digərləri?..

5. İranla bağlar:

-Suriya və Ermənistanın İranla sıx münasibətləri hər kəsə bəlli məsələdir. İran, Suriyada Əsəd rejiminə tam dəstək nümayiş etdirirdi, Ermənistanla “strateji işbirliyi”ni isə hələ də, guya “bölgəsəldəngə”ilə “əsaslandırmaq”dadır. Rəsmi Tehranın Zəngəzur dəhlizi mövzusundakı qəbuledilməz tutumubizə nəyi xatırladır? Bu, işğal illərində İranın Ermənistanla birgə həyata keçirdiyi dağıntı-talan və işğaldan qazanc götürmək siyasətinin günümüzdə, bir başqa forma və məzmunda davamına çalışmaq deyilmi?..

Suriya və Ermənistanı fərqləndirənamillər

1. Münaqişənin xarakteri və miqyası:

- Suriyadadaxili sabitlik əsasən etnik-dini qarşıdurmalarla dərinləşib. Xarici güclər “daxili səbəblər”ə “əsaslanaraq” birbaşa və dolayısı müdaxilə ediblər;

- Ermənistanın əsas məsələsi “ikinci erməni dövləti” qurmaq idi və Dünya erməniliyi bununçün səfərbər olmuşdu. Əsasən Azərbaycan Respublikası ilə “münaqişə” kimi yorumlansa da, əslində, məsələ münaqişə yox, elanolunmamış müharibə idi; ikincisi, Ermənistan, Dünya erməniliyi və havadarları Azərbaycan ilə Türkiyə başda olmaqla, Türk dünyasını hədəf almışdı...

2. Daxili idarəetmə və siyasi rejim:

-Suriyada Əsəd rejimi avtoritar bir sistem üzərində qurulmuşdu və xalqın böyük bir qismi ilə uzlaşma təmin edə bilməmişdi;

-Ermənistanda isə dışarıya “demokratik idarəetmə” görüntüsü versələr də, həm daxili sabitlik, iqtisadi inkişaf baxımından, həm də qonşularla beynəlxalq hüquqa dayalı münasibətqurmaq baxımından ciddi problemlər mövcuddur.

3. İqtisadi potensial və resurslar:

- Suriya münaqişədən öncə geniş iqtisadi və insan resurslarına malik idi; amma uzun sürən müharibə bu potensialı böyük ölçüdə sıradan çıxarıb;

- Ermənistan isə azsaylı əhali, yetərsiz resurslarla daha zəif iqtisadi bazaya malikdir. Ancaq bu azsaylılıq, yetərsizlik uzun illər,qonşulara qarşı əsassız iddialarla çıxış etməyə,boyundan hündürə tullanmağa mane olmayıb... – Çox tuhafdır, deyilmi?..

4. Beynəlxalq imkanlar:

-Yaxın Doğuda yerləşənSuriya, coğrafi mövqeyinə görə beynəlxalq güclərin diqqət mərkəzindədir.

-Qafqazda qondarılan Ermənistan dövləti isə daha az diqqəti haqq etsə də, Dünya erməniliyi və havadarları sayəsində “yapay diqqət mərkəzi”ndə olmaqçün çabalayır.

Bəs Ermənistan üçün Suriyadan çıxarılacaq dərslər varmı?

1. Xarici asılılıqdan qurtulmaq:

Ermənistan dünən Rusiyaya, İrana, bu gün Fransaya, sabah Amerikaya, birisigün bir başqasına həddən artıq bağlı olduğu müddətdə öz xəlqi maraqlarını müstəqil şəkildə müdafiə edə bilməyəcək. Suriyanın xarici güclər tərəfindən “hesablaşma meydanı”na çevrilməsinin aqibəti Ermənistan üçün xəbərdarlıq olmalıdır.

2. Qonşularla konstruktiv münasibətlər

Ermənistanın Azərbaycanla,Türkiyə ilə düşmənçilik siyasəti, onu daha da təcrid durumunasalır, dalana çevirir. Ədalətli Sülh müqaviləsi imzalamaq və bölgəsəlinteqrasiya Ermənistana hava-su kimi vacibkən, hələ bir də silahlanmaq, əvəzçıxma eşqinə düşmək, Azərbaycanla sınır boylarına əli durbinli Avropa komissarları daşımaq və s. heç də xoş niyyətdən xəbər vermir.

Çanaq öz başında elə partlaya bilər ki, onsuz da baştutmamış dövlət imicinə malik indiki Ermənistan Respublikası, “gözcüy”ə (“qlazok”a) dönər. – Qayğanaq isə yenidən yumurta olmur...

3. Milli birlik və sabitlik:

Suriyada daxili qarşıdurmalar ölkənin sabitliyini sarsıtdı. Ermənistan monoetnik ölkə olduğu üçün, milli-etnik münaqişələr real görünmür, lakin başqa kateqoriyalar üzrə qarşıdurmalar istisna deyil. Ən əsası, dış güclərin kəsişən maraqları bir gün “dəngə”dən çıxa bilər...

Ermənistanda daxili siyasi sabitliküçün iqtisadi inkişaf, qonşularla sabit, güvənli münasibət olmalıdır, yoxsa, dövlət-xalqbirliyi qurmaq mümkün deyil. Çünki, nə dövlət var, nə xalq... Dövlət – qurama, baştutmamışsa, əhali teylənib başqa ölkələrə köçürsə və ən əsası, Qarabağdakı vandallıqlarla xalq yox, tayfaqırığıolduqlarını danılmaz surətdə sübut ediblərsə, başqa sözə nə hacət?..

4. Terror dəstəyindən çəkinmək:

Ermənistanın ehtimal olunan nicat yolundan biri də, Suriyadan fərqli olaraq,PKK, ASALA və s. üzəri siyasətdən, ümumən terrorlabağlılıqdanbirmənalı uzaqlaşmaq, beynəlxalq hüquqa boyun əymək,Azərbaycanla, Türkiyə ilənormal münasibətə çalışmaqdır. Əgər sağlam düşünmə imkanları varsa...

Sonuc

Suriya və Ermənistan arasında çoxsaylı oxşarlıqlar olsa da, Ermənistanın hələ də fəlakətli nəticələrdən qaçmaq üçün ehtimal olunan şansı vardır. Bunun üçün:

-Azərbaycan başda olmaqla, bütün qonşuları ilə beynəlxalq hüquqa dayalı, sülhpərvər siyasət yürütməli, əsassız iddialardan, o cümlədən ərazi iddialarından qəti əlçəkməli, bunu Ana Yasasında təsbit etməlidir;

- Xarici güclərin təzyiqini azaltmaq, Hindistandan, Fransadan, ordan-burdan mədədummaqdansa, öz üzərinə düşənləri eləmək, Zəngəzur dəhlizini açmaq, Qərbi Azərbaycanlıların dədə-baba yurdlarına ləyaqətli qayıdışına münbit ortam yaratmaq daha uyğun işlərdir.

- Ermənistan hər hansı dövlətlə işbirliyini üçüncü ölkəyəqarşı qullanmaq mərəzindən əl çəkməlidir.

Əks təqdirdə, Ermənistan Suriyanın taleyini bölüşərək, xarici güclərin daha güclü rəqabət meydanına çevrilə bilər. Belə bir durum isə onun olan-qalan dövlətçilik əsaslarını da suya düşürər. Ermənistan Respublikasının dənizlərə çıxışı olmadığı üçün, bu, suya düşmə olayı Göyçə gölündə baş tuta bilər...Özü yıxılan isə gərək ağlamasın...

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
 

Əkbər QOŞALI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Dekabr 2024 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təsadüf, yoxsa səssiz yazılmış ssenari? Məryəm Bağırova yazır

16 İyul 2025 12:49see1225

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see192

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see187

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see130

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see125

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see119

GÖYÇAY SAKİNLƏRİ ÖRÜŞ SAHƏSİNDƏ SÜNİ GÖL YARADILMASINA ETİRAZ EDİR “İstifadə etməyə su tapmırıq” / Foto

16 İyul 2025 15:32see115

İrəvan imtina edir, yoxsa..?

16 İyul 2025 15:43see113

Bu il 100 yeni dövlət standartı qəbul edilib

16 İyul 2025 16:13see113

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see113

Livan druzlarının lideri: İsrail Suriyada xaos yaratmaq üçün bəzi druzlardan istifadə edir

16 İyul 2025 18:50see112

Gürcüstan Rusiyadan deportasiya olunmuş Ukrayna vətəndaşlarını sərhəddən buraxmır

16 İyul 2025 21:25see112

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see112

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see112

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see111

Bakıda bu əraziyə sahib çıxan yoxdur Video

16 İyul 2025 14:01see111

Taxıl biçini: hansı problemlər var?

16 İyul 2025 23:26see111

TƏBİİ TƏLƏ: Yayın kəşfi ağcaqanadların sonunu gətirəcək

17 İyul 2025 00:56see111

“Neftçi” yeni ev formasını təqdim edib FOTO

16 İyul 2025 23:05see111

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

17 İyul 2025 16:54see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri