Icma.az
close
up
RU
ABŞ Ermənistana sərhədmühafizə qruplarını göndərməklə nəyə nail olmaq istəyir? AÇIQLAMA

ABŞ Ermənistana sərhədmühafizə qruplarını göndərməklə nəyə nail olmaq istəyir? AÇIQLAMA

Pravda.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“2025-ci ildə Donald Trampın hakimiyyətindən sonra Şərqi Avropada Rusiya və Ukrayna arasında baş verən müharibə bu və digər şəkildə dayandırıla, ya da passivləşdirilə bilər. Şübhəsiz ki, bundan sonra Rusiyanın ənənəvi olaraq nüfuz dairəsində olan coğrafiya barədə düşünməyə, qərar qəbul etməyə və addımlar atmağa yeni imkanlar yarana bilər. Buna görə də hər şeydən öncə Ermənistan fürsət yaranmışkən ABŞ ilə strateji tərəfdaşlıq sənədi imzalamaqla post-sovet məkanında və Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirmək istəyir. Sərhədlərin mühafizəsi artıq sərhədi mühafizə edən tərəfin Ermənistanla hərbi iştirakçılığı sayıla bilər. Amerika da buna can atır. Buna görə də hakimiyyəti təhvil verməyə bir neçə gün qalmış təcili sənəd imzalamasını, ardınca isə dərhal Ermənistana sərhəd-mühafizə qruplarının göndərilməsi ilə bağlı qərar qəbul etməsini ancaq bu cür şərh etmək olar”. 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Hikmət Babaoğlu deyib. 

Deputatın sözlərinə görə, imzalanan saziş həm də Avropa İttifaqının monitorinq missiyasına bir alternativ kimi görünə bilər: “Nəticə etibarilə, Şərqi Avropadakı müharibə bitər-bitməz, yaxud açıq fazaya keçər-keçməz avropalıları yeni mübarizə gözləyir. Qrenlandiyanı xilas etmək və ABŞ-nin vassallığından qurtulmaq. Buna görə də ABŞ yenidən təkbaşına öz mövqelərini möhkəmləndirməyə çalışır. İkinci istiqamət isə Cənubdur. Yaxın Şərqdə baş verən hadisələr kontekstində Türkiyənin atdığı qətiyyətli addımlar yeni reallıq yaradıb. Çox güman ki, Tramp dövründə PKK terrorçularının dəstəklənməsi Bayden dövründəki qədər olmayacaq. Ola bilsin, Türkiyənin cənub sərhədlərində yeni reallıq daha çox Türkiyənin xeyrinə olsun. Belə halda Türkiyəni təzyiq altında saxlamaq üçün başqa tərəfdən sıxışdırmaq lazımdır. Buna görə də hər nə qədər sərhəd-mühafizə qrupu İranla sərhədə yerləşdirilsə də, nəticə etibarilə, bu, gələcəkdə Türkiyə ilə sərhəddə də mümkün ola bilər. Məsələlərin qısa xülasəsi bundan ibarətdir. Diqqət etsəniz, görəcəksiniz ki, mühafizə qruplarının Ermənistanla İran sərhədində yerləşdirilməsi ilə bağlı İranın heç bir mövqeyi, etirazı yoxdur. Nədənsə heç bir təhdid görmür. Deməli, bunun üçün İranın əsasları var. Bu məsələdə İranla ABŞ arasında gizli bir razılıq da əldə edilmiş ola bilər. Düşünürəm, Tehranın səssizliyi də bununla əlaqədardır. İran bununla həm də Rusiyaya xəyanət etmiş olur. Rusiyanın da xüsusi etirazı yoxdur. Çünki etiraz etsə, onun arxasını real addımlarla, qərarlarla doldura bilməyəcək. Buna görə Moskva da susur. Belə bir vəziyyətdə bu, tələsik alınmış qərardır. Hesab edirəm, nəticələri haqqında daha çox biz bir qədər sonra danışmalı olacağıq. Qərarın nə qədər doğru olub-olmadığını, nəyə hesablandığını bir müddət sonra daha aydın görəcəyik”. 

H.Babaoğlu bildirib ki, nəinki  sərhəd-mühafizə qruplarının Ermənistana göndərilməsinin, bir gün öncə ABŞ ilə imzalanmış strateji tərəfdaşlıq haqqında sazişin də nə qədər hüquqi qüvvəyə malik olub-olmadığını görüləcək: “Nəticədə bu, dövlətlərarası sənəd deyil, bir xarici siyasət xidmətinin rəhbəri ilə digər ölkənin xarici siyasət xidmətinin rəhbəri arasında imzalanıb. Tramp Administrasiyası bununla bağlı hansı mövqedən çıxış edəcək, yeni xarici işlər naziri bu sənəddə nəzərdə tutulan razılaşmaları öhdəlik kimi qəbul edəcək, ya yox... Yaxud Tramp hakimiyyəti dövründə sənədin passiv vəziyyətdə qalması ehtimalı nə qədərdir? Bütün bu məsələləri qısa müddət sonra Tramp hakimiyyətinin ilkin davranışlarından görəcək və o zaman daha yaxşı proqnozlar verə biləcəyik”. 

Aytəkin Qardaşova 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:63
embedMənbə:https://pravda.az
archiveBu xəbər 15 Yanvar 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see137

Levan Davitaşvili: Tbilisi Quru Limanı Orta Dəhlizin inkişafında mühüm rol oynayacaq

08 İyun 2025 20:50see121

Cəlilabadda minik avtomobilləri toqquşub

08 İyun 2025 18:47see121

Moskvada anbar kompleksində baş verən yanğın nəticəsində iki nəfər ölüb

08 İyun 2025 22:34see121

Kim deyər ki, 78 yaşı var? Video

08 İyun 2025 23:30see121

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see119

Rostov vilayətində miqrantlar rus təqaüdçüyə hücum edib..?

09 İyun 2025 19:07see119

Dünyanın ən uzun balığı hansıdır?

09 İyun 2025 02:33see118

Ağstafada qardaş qardaşın qanını tökdü

09 İyun 2025 05:26see118

Vens artıq Maskı tənqid etməyəcək Tramp YASAQLADI

08 İyun 2025 19:39see118

Ayxan Abbasov: “Gələcəyə nikbin baxırıq”

08 İyun 2025 22:34see118

Qazaxıstan Prezidentindən yeni müdafiə nazirinə TAPŞIRIQ

08 İyun 2025 19:25see117

Almaniya Fransa matçının ən yaxşı oyunçusu bilindi

08 İyun 2025 20:25see117

Bu vitamin xərçəngi 10 günə öldürür

09 İyun 2025 02:04see117

Bu nəhəng ölkə husilərə kömək edir: ABŞ yə hücum

09 İyun 2025 03:31see116

Bakı şəhəri üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

09 İyun 2025 15:24see115

Yeniyetmə fortepianoçumuz Londonda beynəlxalq müsabiqənin qalibi OLDU

08 İyun 2025 23:49see115

Ukrayna üçün şad xəbər Rəsmən elan edildi

09 İyun 2025 01:27see114

Davit Volkovlu Gürcüstan millisi son 4 oyunda üç qələbə və bir heç heçə

08 İyun 2025 22:57see114

Qazaxıstan müdafiə nazirini dəyişib...

08 İyun 2025 19:14see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri