Icma.az
close
up
RU
“Azəriqaz”: Yeni qanun bütün iştirakçılar üçün yeni imkanlar yaradacaq

“Azəriqaz”: Yeni qanun bütün iştirakçılar üçün yeni imkanlar yaradacaq

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

“Qaz təchizatı” haqqında qanun layihəsi təkcə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR)n “Azəriqaz” İstehsalat Birliyi üçün deyil, sektorun bütün iştirakçıları üçün yeni imkanlar yaradacaq.

Bakıvaxtrı.az xəbər verir ki, bunu “Azəriqaz”ın Baş direktoru Azər Məmmədov Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında bildirib.

Onun sözlərinə görə, “Azəriqaz” paylanma və pərakəndə satış funksiyalarını həyata keçirir: “Hazırda 2,6 milyondan çox abonentə birbaşa xidmət göstəririk. “Qaz təchizatı” haqqında yeni qanun layihəsinin qəbul edilməsi qaz sektorunda islahatların sürətləndirilməsi, aydın və şəffaf qaydaların tətbiqi, ədalətli tarif mexanizmlərinin qurulması və istehlakçı ilə etibarlı münasibətlərin formalaşdırılması baxımından mühüm mərhələ olacaq. Bu sənəd yalnız “Azəriqaz” üçün deyil, sektorun bütün iştirakçıları üçün yeni imkanlar yaradacaq”.

O qeyd edib ki, Avropa İttifaqı bu sahədə islahatlara hələ 1996-cı ildə başlayaraq enerji sektorunu mərhələli şəkildə modernləşdirib: “Sonuncu enerji paketi isə 2023-cü ildə qəbul edilib. Gürcüstan və Türkiyə kimi qonşu ölkələr də bu yanaşmadan bəhrələnərək qaz sektoruna investisiya axınını və sənayenin modernizasiyasını sürətləndiriblər. Azərbaycan da uzunmüddətli inkişaf strategiyası çərçivəsində bu sahədə ardıcıl addımlar atır və beynəlxalq təcrübəni nəzərə alaraq mövcud islahatları daha da dərinləşdirməyə çalışır. Qanun layihəsinin qəbulu isə bu istiqamətdə atılan mühüm addımlardan biri olmaqla, sistemli risklərin aradan qaldırılmasına, fəaliyyətimizin çevik, şəffaf və dayanıqlı əsaslar üzərində qurulmasına, sahənin orta və uzaq perspektivli inkişafının təmin edilməsi üçün zəruri hüquqi tənzimləmnə bazasının formalaşdırılmasına imkan verəcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 10 İyun 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see216

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see211

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see210

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see208

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see195

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see185

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see185

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see176

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see173

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see172

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see171

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see166

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see166

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see155

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see147

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see144

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see143

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see137

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see137

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri