Fransanın təyyarədaşıyan gəmisi Ərəb dənizinə çatıb
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Paris, 15 may, AZƏRTAC
Fransanın “Şarl de Qoll” təyyarədaşıyan gəmisi Ərəb dənizinə çatıb. Bu hərbi gəmi Süveyiş kanalını keçdikdən sonra bölgəyə daxil olub.
AZƏRTAC xəbər verir ki, bunu Fransanın silahlı qüvvələr üzrə naziri Alis Rufo bildirib.
O deyib ki, Fransanın flaqman gəmisinin bölgədə mövcudluğu rəsmi Parisə regional vəziyyətin inkişafını yaxından izləməyə və diplomatik təsir imkanlarını artırmağa şərait yaradır.
Qeyd edək ki, “Şarl de Qoll” təyyarədaşıyan gəmisinin bölgəyə göndərilməsi barədə qərarı mayın 6-da Fransa Prezidenti Emmanuel Makron elan edib. Missiya Fransa və Böyük Britaniyanın birgə təhlükəsizlik təşəbbüsü çərçivəsində həyata keçirilir, məqsəd isə Hörmüz boğazı ətrafında dəniz nəqliyyatının təhlükəsizliyini təmin etməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:216
Bu xəbər 15 May 2026 19:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















