ABŞ Federal Təhqiqatlar Bürosunun rəhbəri istefa vermək istəyir
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Rey 2025-ci il yanvarın 20-də yeni seçilmiş Prezident Donald Trampın andiçmə mərasimindən əvvəl istefa vermək niyyətindədir.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin əks-kəşfiyyatla məşğul olan idarə rəisinin yazılı açıqlamasında bildirilir.
Xatırladaq ki, dekabrın əvvəlində Tramp onun ilk prezidentlik müddətində təhlükəsizlik məsələləri ilə məşğul olmuş Keş Pateli FTB-nin rəhbəri vəzifəsinə irəli sürüb. "The Washington Post"un məlumatına görə, bu qərarla seçilmiş prezident Reyə istefa verməli və ya işdən çıxarılmağa hazırlaşmalı olduğunu bildirib.
Rey 2017-ci ildə Trampın ilk administrasiyası zamanı bu vəzifəyə təyin edilib. Büro rəhbərinin səlahiyyət müddəti 10 ildir, lakin "Associated Press"in qeyd etdiyi kimi, Trampın onun işindən uzun müddətdir narazı olduğunu nəzərə alsaq, Reyin istefası gözlənilməz deyil. Respublikaçı dəfələrlə bəyan edib ki, kəşfiyyat xidməti öz vəzifələrinin öhdəsindən gəlmir, onun rəhbərliyi isə araşdırmaları siyasiləşdirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 12 Dekabr 2024 02:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















