ABŞ FTB Kirki güllələdikdən sonra qaçan şəxsin videosunu yayıb
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ-nin Federal Təhqiqatlar Bürosu (FTB) Yuta ştatında siyasətçi Çarli Kirkin qətlində şübhəli bilinən şəxsin videosunu yayıb.
Oxu.Az xəbər verir ki, görüntülərdə bir nəfərin binanın damının üzərində qaçaraq aşağı tullandığı görünür.
"2025-ci il sentyabrın 10-da, saat 12 radələrində şübhəli şəxs dama çıxıb. Çarli Kirki vurduqdan sonra yerə tullanaraq qaçıb. O, silahı və döyüş sursatını universitetin yaxınlığındakı meşəlik ərazidə qoyub", - büronun məlumatında bildirilir.
Həmçinin ABŞ-nin TMZ portalı fəal Çarli Kirkin qətlində şübhəli bilinən şəxsin Yuta Universitetinin yaxınlığındakı evlərdən birinin müşahidə kamerasından çəkilmiş videosunu yayıb.
Görüntülərdə qara paltarlı və papaqlı şəxsin təhsil müəssisəsinə doğru getdiyi görünür.
Kirki güllələdikdən sonra da həmin kamera onu qeydə alıb. Kişi yolda gedib, bir anda qaçmağa başlayıb və kameranın görmə bucağından itib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 12 Sentyabr 2025 10:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















