Icma.az
close
up
RU
ABŞ hakimiyyəti narkotik kartellərini terror təşkilatı hesab edəcək Tramp AzPolitika onlayn siyasi ictimai qəzet

ABŞ hakimiyyəti narkotik kartellərini terror təşkilatı hesab edəcək Tramp AzPolitika onlayn siyasi ictimai qəzet

ABŞ Prezidenti Donald Tramp Meksikadakı narkotik kartellərini terror təşkilatları kimi tanıyacağını açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə o, andiçmə mərasimində çıxışı zamanı bildirib.

"Bu gün imzaladığım sərəncama əsasən, biz kartelləri xarici terror təşkilatları kimi tanıyacağıq", - ABŞ lideri inauqurasiya nitqində deyib.

Qeyd edək ki, Tramp bundan əvvəlki hakimiyyəti dövründə Meksika narkotik kartellərini terrorçu qruplar kimi təsnif etmək niyyətində olduğunu açıqlasa da, sonradan bu qərarın verilməsini təxirə salıb.

Bundan əvvəl Tramp Meksika hökumətindən fentanilin (sintetik opioid - red.) ABŞ-yə axınının dayandırılmasını tələb etmək niyyətində olduğunu bəyan edib.

seeBaxış sayı:60
embedMənbə:https://azpolitika.info
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri