Icma.az
close
up
RU
Статья не опубликована
ABŞ hakimiyyətinin son qərarları barədə bir neçə mülahizə

ABŞ hakimiyyətinin son qərarları barədə bir neçə mülahizə

Icma.az, Aznews.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

USAID -ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Tramp hakimiyyəti tərəfindən fəaliyyətinin dayandırılması barədə xəbər başlıqlarına nəzər yetirirəm:

-Agentliyin dağıdılması milyardlarla ayrılan vəasitin nəzarətsiz qalması deməkdir.
-Milyardlarla ölçülən qida yardımı xarab olacaq.
-Agentliyin minlərlə əməkdaşı işsiz qalacaq.

Bəli, ola bilər, bunların hamısı aktual xəbərdir. Amma Ağ Evin bu qərarını ciddi təhlillə anlatmağa çalışan yazılara az rast gəlirəm. İnformasiya məkanı qərəzlə doludur.

Xatırlatmağa dəyər ki, 1960-cı illərin əvvəlində ABŞ adından humanitar yardım proqramları həyata keçirən qurum “From American People”- “Amerika xalqı adından” devizi altında işləyərək Birləşmiş Ştatların yumşaq güc aləti idi. Bu missiya altında bir sıra istiqamətdə, o cümlədən digər ölkələrdə təbii fəlakət hallarında, yoxsulluğa yardım, həmin ölkələrlə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı texniki əməkdaşlıq, sosial-iqtisadi inkişaf adı ilə çoxsaylı yardım proqramları həyata keçirilirdi.

Müasir dünyanın siyasi mənzərəsinə aparan son onilliklərin dəyişiklikləri onu deməyə əsas verir ki, Sovet nüfuzuna qarşı mübarizə aparan Amerikanın Beynəlxalq İnkişaf Agentliyinin fəaliyyəti artıq çoxdan Kennedi hakimiyyətinin onun üzərinə qoyduğu missiyaya uyğun gəlmir.

ABŞ-ın yumşaq gücü əvəzinə Agentliyin bəzi proqramları müxtəlif ölkələrdəki daxili debata açıq olan məsələlərdə mövqe formalaşdırmağa yönlənmiş yumşaq küt alətə çevrilmişdir.

Lakin bunun xarici ölkələrdəki səmərəsi məsələsini də kənara qoysaq, Amerika hakimiyyəti Agentliyin qarşısında qoyulan missiyanın çoxdan dəyişdiyini və buna yatırımlar etməyin mənasız olduğunu anlayır.
ABŞ dünyadakı yumşaq gücünü bərqərar etmək üçün digər, bəlkə də, daha müasir alətlərə müraciət etməlidir.
Elə bu gün xəbərlərdə Meksika Körfəzinin bir anda heç kiminlə dəqiqləşdirilmədən ABŞ-ın Google şirkəti tərəfindən Amerika Körfəzi adlandırılması barədə başlığı görmək buna kifayət sübutdur.

Eyni yanaşmanı ABŞ hakimiyyəti tərəfindən uzun illərlər maliyyələşdirən Azadlıq Radiosu və Amerikanın Səsinə də aid etmək olar. Yaradılma missiyası çoxdan aradan qaldırılıb. Ənənəvi medianı ümumiyyətlə izləməyən gənclər ana-ata, dədə-babalarından avtoritar sosialist rejiminin infromasiya blokadasında nəfəslik tapmaq üçün radiolarda Amerikanın Səsi və Azadlıq radiosunun dalğalarını gizlincə tutmaları hekayələrini bəlkə də eşidib.

Burada həmin media qurumlarının jurnalistika səviyyəsi barədə söhbət açmaq- onun nə qədər qərəzli və ya qərəzsiz olduğunu müzakirə etməyə də dəyməz. Çünki Tramp hakimiyyətinin qərarı missiyanın dəyişdiyinin anlaması ilə bağlıdır.

Mühafizəkar gündəmləri ilə respublikaçıları hakimiyyətə qaytaran Amerika xalqı bu dəfəki seçkilərdə anladı ki, “Amerika xalqı adından” yardım paylamaq günləri bitdi. İndi kömək Amerika xalqının özünə lazımdır- resurslar ölkə daxili xərclənməlidir. Adı çəkilən təsisatlar və təsir kanallarının yaradılmasının səbəbləri artıq yoxdur. Yeni missiyanı yerinə yetirmək üçün isə yeni kanallar axtarmaq lazımdır.

Tramp hakimiyyətinin qərarlarının daxildə nə qədər davamlı olub-olmayacağını bilmirəm. Amma arxaik təsisatlarla müasir dünyanın çağırışlarına sinə gərmək planları artıq işləmir və bundan sonra da heç işləməyəcək.

Şəfəq Mehraliyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 11 Fevral 2025 23:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see296

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see237

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see210

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see192

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see191

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see183

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see174

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see174

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see173

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see157

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see151

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see149

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see148

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see137

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see134

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see134

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see131

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see128

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see126

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri