Icma.az
close
up
RU
Mühakimə yox, mülahizə etmək Malta məğlubiyyətinə sözardı

Mühakimə yox, mülahizə etmək Malta məğlubiyyətinə sözardı

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Millimiz yoxlama oyununda Maltaya məğlub oldu. Açığı, qələbə qazansaydıq, sevinməyəcəkdim. Ona görə məğlubiyyətə görə də üzülmürəm. Adı üstündədir - yoxlama oyunu. Udsan nə olacaq, uduzsan nə... 

Yığmamızın baş məşqçisi Ayxan Abbasovu belə bir matçda məğlubiyyətə görə mühakimə etmək düşüncəsindən çox uzağam. Lakin qarşıdan gələn Millətlər Liqası ərəfəsində bəzi nüanslara toxunmaq, mülahizə etmək mütləqdir. 

Dünya səviyyəli futbolçumuz heç vaxt olmayıb. Lakin həmişə ümid verən oyunçularımıza baxıb yaxşı olacağına inandırmışıq özümüzü. Əksəriyyətində geriləmə olsa da, Millətlər Liqasında Litva və Lixtenşteynə qarşı oyunlara qədər özlərinə gəlib milliyə kömək edəcəklərinə ümid edə bilərik. 

Lakin Malta ilə oyun bir daha göstərdi ki, yaxın zamanlarda həlli real görünməyən ciddi sıxıntımız var. Bu, müdafiənin mərkəzi ilə bağlıdır. Millinin yükünü qaldıracaq stoperlərimiz yoxdur. Ayxan Abbasovun üç mərkəz müdafiəçili sistemə üstünlük verdiyini nəzərə alsaq, Millətlər Liqası üçün 4-5 stoperə ehtiyac var. Amma hardadır o 4-5 nəfər... 

Bədavi Hüseynov yaşlanıb, Elvin Bədəlov milli səviyyəsində oynamağa çətinlik çəkir, Krivotsyuku qovdular getdi. O səviyyə üçün az-çox ümidimiz Bəhlul Mustafazadəyədir. O da zədədən qayıdıb özünə gələnə kimi Millətlər Liqası başa çatacaq. 

Bu problemləri biz bilirik, görürük, amma uğursuz nəticələrdən boğaza yığılan ictimaiyyət daha heç bir səbəb eşitmək istəmir. Hamı Millətlər Liqasında yığmamızın Litva və Lixtenşteyni qabaqlamasını gözləyir. 

Ayxan Abbasovun bundan sonra dörd müdafəçi ilə oyun sisteminə keçməsi nətər olar, o da bir başqa müəmmadır. Uzun illərdir bu sistemi mənimsəyib, təkmilləşdirib. Yeri gəlmişkən, ölkəmizdə bu sistemi ən yaxşı tətbiq etməyi bacaran mütəxəssis məhz Ayxan Abbasovdur. Lakin klubda mövqe üzrə axsaqlığı legioner hesabına aradan qaldırmaq mümkündür, millidə isə seçim məhduddur. 

Hər halda qarşıda hələ vaxt var. Ayxan Abbasov əlində olan minimum imkanlarla qarşısına qoyulan tapşırıqları yerinə yetirməyi bacaran mütəxəssis kimi tanınıb. Bu dəfə də nəsə düşünməsi lazımdır.

Fikrət

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://sportal.az
archiveBu xəbər 07 İyun 2026 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see360

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see352

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see321

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see312

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see297

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see281

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see280

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see262

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see251

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see246

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see245

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see236

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see224

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see219

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see207

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see193

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see188

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri