ABŞ hantavirus epidemiyası ilə mübarizənin başa çatdığını elan etdi
Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ-da hantavirus infeksiyasının yayılmasına qarşı aparılan mübarizənin aktiv mərhələsi rəsmi olaraq başa çatmış hesab olunur. Bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin ("CDC") direktoru Cey Bhattaçariya bildirib.
Qaynarinfo xəbər verir ki, bəlumatı "The Wall Street Journal" yayıb.
Rəsmisinin sözlərinə görə, qəbul edilən qərar hökumətin indiyədək hantavirusun qarşısının alınmasına yönəltdiyi əhəmiyyətli maddi və insan resurslarını digər istiqamətlərə yönəltməyə imkan verəcək.
Bhattaçariya qeyd edib ki, epidemiyanın pik dövründə onunla mübarizəyə "CDC"nin 100-dən çox mütəxəssisi cəlb olunmuşdu. İndi həmin əməkdaşlar digər prioritet vəzifələr üzərində işləyə biləcəklər.
Bu həftənin əvvəlində hantavirusun yayıldığı əsas ocaqlardan biri hesab edilən "MV Hondius" kruiz gəmisində olan 18 ABŞ vətəndaşının hamısı təcrid rejimindən azad edilib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) gəminin üç sərnişininin həyatını itirdiyini təsdiqləyib. Hazırda isə kruiz gəmisi artıq yeni səfərinə başlayıb.
Ötən həftə ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, son üç həftə ərzində dünyada hantavirus infeksiyasına yeni yoluxma halı qeydə alınmayıb. Eyni zamanda, bir aydan artıqdır ki, xəstəliklə bağlı ölüm faktı da qeydə alınmayıb.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 24 İyun 2026 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















