ABŞ hələlik müttəfiqlərinə silah satmayacaq
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
ABŞ son zamanlar istehsal etdiyi sursatı müttəfiqlərinə satmaq əvəzinə, öz arsenalını doldurmaq üçün yenidən istifadə edir və kifayət qədər sursat toplandıqdan sonra tədarükü bərpa etmək niyyətindədir. Bu barədə ABŞ Prezidenti Donald Tramp “Newsmax” televiziya kanalına verdiyi müsahibədə bildirib.
"Son vaxtlar biz, sadəcə özümüz üçün sursat saxlayırıq, çünki ona özümüz ehtiyac duyuruq. Bizdə bunlar olmalıdır. Və ehtiyatlarımızı doldurduqda, onları həqiqətən doldurduqda, müttəfiqlərimizin onları yenidən bizdən almasına icazə verməyə başlayacağıq", - deyə Amerika lideri bildirib.
Tramp həmçinin sələfi Co Baydeni Ukraynaya ödəniş tələb etmədən milyardlarla dollarlıq hərbi yardım göstərdiyinə görə tənqid edib. O, əvvəlki administrasiyanın Kiyevə “Patriot” sistemləri və “Tomaqavk” raketləri də daxil olmaqla xeyli miqdarda silah ötürdüyünü iddia edib.
ABŞ prezidenti qeyd edib ki, Ağ Evə qayıtdıqdan sonra Avropa ölkələrindən Amerika silahları üçün pul ödəmələrini tələb edib: “Mən Avropa Birliyinə dedim: Sizə heç nə verməyəcəyəm. Siz ödəməlisiniz. Onların çoxlu pulu var. Onlar bizə pul ödədilər, biz isə onlara sursat göndərdik. Və bu, işə yaradı”.
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 16 Oktyabr 2026 10:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















