ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi vəzifəsindən ayrılıb
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Vaşinqton, 23 aprel, AZƏRTAC
ABŞ Hərbi Dəniz Qüvvələrinin yüksəkvəzifəli mülki rəsmisi, Hərbi Dəniz Qüvvələrinin katibi Con Felan vəzifəsindən ayrılıb.
AZƏRTAC-ın məlumatına görə, Pentaqon sözçüsü Şon Parnell onun administrasiyadan dərhal ayrıldığını açıqlayıb. Parnellin sözlərinə görə, Hərbi Dəniz Qüvvələrinin katibinin müavini Hunq Kao Hərbi Dəniz Qüvvələrinin katibi vəzifəsini icra edəcək.
Qəfil istefa Felanın Vaşinqtonda keçirilən Hərbi Dəniz Qüvvələrinin illik konfransında dənizçilərin və sənaye mütəxəssislərinin böyük bir kütləsi qarşısında çıxış etməsindən və jurnalistlərlə gündəliyi barədə danışmasından bir gün sonra baş verib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:309
Bu xəbər 23 Aprel 2026 02:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















