Məkkə Müdafiə Alyansının rəsmiləri İran liderləri ilə görüşəcəklər
Icma.az, 525.az portalına istinadən məlumat yayır.
“Məkkə Müdafiə Alyansına üzv dövlətlər gərginliyi azaltmaq məqsədilə bu gün Tehranda İran rəsmiləri ilə görüşəcəklər”.
525.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin ictimai diplomatiya üzrə nazir müavini Rayed Krimli “X” hesabında paylaşım edib.
O bildirib ki, nümayəndə heyətinə Səudiyyə Ərəbistanının müdafiə naziri, şahzadə Xalid bin Salman rəhbərlik edir. Nümayəndə heyəti Pakistan Ordusunun Baş Qərargah rəisi Asim Münir və Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalının da iştirak etdiyi görüşə qatılır.
Krimlinin sözlərinə görə, Məkkə paktının üç nümayəndəsinin İran Prezidenti Məsud Pezeşkian və İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai ilə görüşməsi gözlənilir.
“Bu səfər davam edən böhrana cəlb olunmuş tərəflər arasında gərginliyin azaldılması, dialoqun və diplomatik həll yollarının təşviqi istiqamətində Məkkə Birgə Müdafiə Sazişinə üzv ölkələrin səylərinin davamı kimi həyata keçirilir. Səfər, həmçinin Qətər və Pakistanın vasitəçilik səylərinə dəstək məqsədi daşıyır”, – XİN rəsmisi bildirib.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 26 Oktyabr 2026 11:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















