Putin bu il də Federal Məclisə müraciət etməyi planlaşdırmır
Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Dmitri Peskov: “Putin müraciəti uyğun hesab etdiyi zaman edəcək”
Rusiya Prezidenti Vladimir Putin 2026-cı ildə Federal Məclisə müraciət etməyi planlaşdırmır. AYNA.AZ xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov “RİA Novosti”yə verdiyi açıqlamada bildirib.
Peskov bu qərarın səbəblərini açıqlamayıb.
TASS-a verdiyi şərhdə Peskov aydınlıq gətirib ki, Putin müraciəti "uyğun hesab etdiyi zaman" edəcək.
Lakin Konstitusiyanın 84-cü maddəsi Prezidentin Federal Məclisə hər il müraciət etməsini, ölkədəki vəziyyəti və daxili və xarici siyasətin əsas istiqamətlərini müəyyən etməsini tələb edir.
Putin artıq 2025-ci ildə müraciəti ləğv edib. O, həmçinin Ukraynanın işğalına başlayan ildə, 2022-ci ildə Federal Məclisə müraciət etməyib və səbəbi hadisələrin çox dinamik şəkildə inkişaf etdiyini və yaxın gələcək üçün konkret planlar müəyyənləşdirməyin "bir az çətin" olduğu ilə izah edib. Onun sonuncu müraciəti 2024-cü ilin fevral ayında edilib. Bu, Rusiyanın müasir tarixində 29-cu, Putinin prezident kimi 19-cu müraciəti olub. Rusiya lideri həmin müraciətdə Qərblə qarşıdurma, Ukraynadakı müharibə və silahlanma haqqında danışıb. Putin həmin müraciətdə həmçinin Rusiyanın strateji nüvə qüvvələrinin hazır olduğunu deyib.
Avqust ayında Kremldən Federal Məclisə Prezidentin illik müraciətini ləğv etməyin düşünüldüyü bildirilmişdi. Putinin Dövlət Dumasındakı nümayəndəsi Qarri Minx Ukrayna ilə müharibəni nəzərə alaraq, Prezidentin müraciətində adətən yer alan uzunmüddətli planlaşdırmanın daha az aktuallaşdığını və bir çox qərarların “dərhal” qəbul edilməli olduğunu bildirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 26 Oktyabr 2026 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















