Icma.az
close
up
RU
ABŞ Hərbi Hava Qüvvələrinin 51 ci bölgəyə sirli uçuşları müzakirələrə səbəb oldu

ABŞ Hərbi Hava Qüvvələrinin 51 ci bölgəyə sirli uçuşları müzakirələrə səbəb oldu

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin Nevada səhrasındakı sirrlərlə dolu 51-ci bölgəyə etdiyi gizli uçuşlar yeni iddiaları gündəmə gətirib.

Qaynarinfo-nun məlumatına görə, çərşənbə gününə aid uçuş izləmə məlumatları göstərir ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus üç reys Nevada səhrasında yerləşən gizli 51-ci bölgəyə həyata keçirilib. Bu təyyarələr Müdafiə Nazirliyinin əməkdaşlarını, müqaviləli işçiləri və hərbi heyəti daşıyan ordunun yüksək məxfi sərnişin təyyarələri olan "Janet" donanmasına aiddir.

"Janet" təyyarələrinin hər üçü Las Veqas şəhərindəki "Harry Reid" beynəlxalq hava limanından havaya qalxıb. İlk uçuş "Janet 33" saat 07:09-da start götürüb və 07:24-də eniş edib. "Janet 32" saat 09:38-də havalanıb və 09:56-da yerə enib. Sonuncu reys olan "Janet 46" isə saat 14:11-də havalanaraq 18 dəqiqə sonra eyni bölgəyə eniş edib. Qeyd edək ki, "Janet" donanmasına altı ədəd "Boeing 737" tipli təyyarə daxildir.

51-ci bölgə ABŞ Hərbi Hava Qüvvələrinin Nevada Sınaq və Təlim Sahəsində (NTTR) yerləşir və düşmüş kosmik aparatların, dünya xarici texnologiyaların saxlandığı iddiaları ilə tanınır. "Janet" təyyarələri Las Veqas hava limanındakı xüsusi terminaldan qalxaraq 51-ci bölgəyə personal daşıyır. "FlightAware" platforması üç reysin də 51-ci bölgəyə bənzər marşrut izlədiyini təsdiqləyib. "ADS-B Exchange" isə 20 fevraldan bəri Las Veqasdan 51-ci bölgəyə uçan ən azı 18 "Janet" təyyarəsini qeydə alıb.

Bu bölgə məxfi təyyarə və silah sistemlərinin sınaqdan keçirilməsi və hazırlanması ilə tanınır. Soyuq müharibə dövründə Sovet İttifaqına qarşı kəşfiyyat məlumatı toplamaq üçün istifadə edilən "U-2" casus təyyarəsi məhz burada sınaqdan keçirilib. Hazırda isə Meksika narkokartelləri və digər təhlükələrin izlənməsi məqsədilə istifadə olunur.

Məxfi "Janet" donanması 1972-ci ildə fəaliyyətə başlayıb və 1955-ci ildə yaradılmış 51-ci bölgəyə ilk uçuşunu həyata keçirib. Bu bölgədə "Janet" təyyarələrinin eniş edə biləcəyi altı uçuş zolağı mövcuddur və 12 min metr uzunluğundakı nəhəng pisti ilə seçilir.

51-ci bölgənin məxfi xarakteri illər ərzində çoxsaylı əfsanələrin yaranmasına səbəb olub. Lakin yayılan iddialara görə, burada aparılan bəzi gizli işlərin azı bir hissəsinin cari il ərzində açıqlanacağı gözlənilir.

Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Bill Klinton dövlət sirrlərinin avtomatik şəkildə açıqlanması üçün 25 illik müddət müəyyən edən sərəncam imzalamışdı. Bu da o deməkdir ki, 1990-cı illərdən qalma bir sıra yüksək səviyyəli məxfi layihələrin yaxın zamanda ictimaiyyətə təqdim olunması mümkündür.

Söyləntilərə əsasən, 51-ci bölgədə əksər insanların xəyal belə edə bilməyəcəyi texnologiyalar mövcuddur.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 03 Mart 2025 23:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri