Icma.az
close
up
RU
ABŞ hökuməti 60 ildən sonra Kennedinin işi ilə bağlı materialları açıqlayıb

ABŞ hökuməti 60 ildən sonra Kennedinin işi ilə bağlı materialları açıqlayıb

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Amerika hökuməti ABŞ-nin 35-ci Prezidenti olan Con Kennedinin kiçik qardaşı Robert Kennedinin öldürülməsi ilə bağlı işin 10 mindən çox səhifəsini məxfilikdən çıxarıb.

“Report” Amerika KİV-ə istinadən xəbər verir ki, bu barədə sənədlər ABŞ Milli Arxivinin saytında dərc olunub.

ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard sənədlərin ictimaiyyətə açıqlanmasından danışarkən Prezident Donald Trampın maksimum şəffaflığa çalışdığını vurğulayıb.

“Senator Robert Kennedinin faciəli şəkildə öldürülməsindən təxminən 60 il sonra Amerika xalqı Prezident Donald Trampın rəhbərliyi və maksimum şəffaflığa çalışması sayəsində federal hökumətin araşdırmasının nəticələrini ilk dəfə görmək imkanı əldə edəcək”, - o, “X” səhifəsində yazıb.

Öldürülən senatorun oğlu, ABŞ-nin hazırki səhiyyə və sosial xidmətlər naziri kiçik Robert Kennedi və Qabbard birgə bəyanatda bildiriblər ki, Milli Arxivdə saxlanılan sənədlər əllə skan edilib və sayta yüklənib.

Onlar bildiriblər ki, fayllar məxfilik səbəbindən minimum redaktə, o cümlədən sosial sığorta nömrələri və vergi ödəyicilərinin FİN-i silinməklə dərc olunub.

“Robert Kennedinin sənədlərindəki pərdənin qaldırılması Amerika hökumətinə inamı bərpa etmək üçün zəruri addımdır. Prezident Trampa cəsarətinə və şəffaflığa sadiqliyinə görə təşəkkür edirəm”, - mərhumun oğlu deyib.

Qabbard isə vurğulayıb ki, sənədlərin axtarışı zamanı hələ də nəşrə hazırlanmaqda olan daha 50 min səhifə arxiv materialı aşkar edilib. O əlavə edib ki, səlahiyyətlilər Kennedi ilə bağlı digər sənədləri axtarmağa davam edəcəklər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 18 Aprel 2025 20:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see253

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see207

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see186

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see150

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see147

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see138

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see138

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see137

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see136

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see131

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see127

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see127

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see126

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see126

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see126

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see125

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see125

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see124

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see124

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri