Icma.az
close
up
RU
ABŞ hökuməti “Intel”də pay almaq istəyir

ABŞ hökuməti “Intel”də pay almaq istəyir

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Tramp Administrasiyası “Intel” şirkətində pay almaq üçün danışıqlara başlayıb. Bu, Trampın “Intel”in rəhbəri Lip-Bu Tanı Çinlə əlaqələri səbəbindən istefa verməyə çağırmasından sonra baş verib. Sövdələşmə baş tutarsa, bu, şirkətin dəfələrlə təxirə salınmış Ohayo ştatında fabrik tikintisinə kömək edə bilər.

“Bloomberg” agentliyinin və “The Wall Street Journal” (WSJ) qəzetinin məlumatına görə, ABŞ Prezidenti Donald Trampın administrasiyası dünyanın ən böyük çip istehsalçılarından biri olan “Intel” korporasiyasında pay almaq üçün danışıqlar aparır. Bu ideya, avqustun 11-də prezident Trampın “Intel”in baş direktoru Lip-Bu Tan ilə görüşündə müzakirə edilib. “Bloomberg”in mənbələri bildirir ki, mümkün sövdələşmə “Intel”in Ohayoda tikməyi planlaşdırdığı fabrikin inşasına dəstək verəcək. Şirkət bu yeri dünyanın ən böyük çip istehsal müəssisəsinə çevirəcəyinə söz vermişdi, lakin layihə dəfələrlə təxirə salınıb. Maliyyə problemləri yaşayan “Intel” iyul ayında ilin sonuna qədər işçilərinin 15 faizini ixtisar edəcəyini, Ohayo fabrikinin isə 2030-cu illərdən əvvəl açılmayacağını elan etmişdi.

Danışıqların təfərrüatları hələ də müzakirə olunur, hökumətin ala biləcəyi payın ölçüsü dəqiq deyil və danışıqlar razılıq əldə edilmədən başa çata bilər. Bloomberg-in məlumatına görə, sövdələşmə 2025-ci ilin ikinci rübündə 2,9 milyard dollar zərər edən “Intel”in maliyyə vəziyyətini yaxşılaşdıracaq. Lakin “WSJ” investorlara istinadən yazır ki, təkcə dövlət maliyyəsi “Intel”in köhnəlmiş biznes modeli də daxil olmaqla bütün problemlərini həll etmək üçün yetərli deyil.

Ağ Ev “Intel” ilə danışıqların aparılmasını təsdiqləməyib, şirkət isə “şayiələr və fərziyyələr” barədə şərh verməkdən imtina edib. Lakin “Prezident Trampın texnologiya və istehsal sahəsində ABŞ liderliyini gücləndirmək səylərinə dərin sadiqliyini” qeyd edib. Tramp və Lip-Bu Tanın görüşü ABŞ prezidentinin şirkət rəhbərini “ciddi maraqlar toqquşması” səbəbindən vəzifəsini tərk etməyə çağırmasından bir neçə gün sonra baş tutub. Bundan əvvəl, Arkanzas ştatından respublikaçı senator Tom Kotton “Intel”in idarə heyətinin sədri Frenk Yeriyə məktub göndərərək, Lip-Bu Tanın Çinlə əlaqələri ilə bağlı narahatlığını bildirmişdi. “WSJ” qeyd edir ki, iş adamı on illərdir San-Fransiskodakı vençur firması və Honkonqdakı ofisləri vasitəsilə Çinin texnoloji startaplarına sərmayə qoyub.

Donald Trampın çağırışından sonra “Intel” ABŞ-ın milli maraqlarına və iqtisadi təhlükəsizliyinə sadiq olduğunu bəyan edib. Mart ayında şirkətə rəhbərlik edən Lip-Bu Tan ABŞ-ın 40 ildən çox müddət ərzində onun evi olduğunu və bu ölkəni sevdiyini vurğulayıb. İş adamının sözlərinə görə, onun əvvəlki vəzifələri, o cümlədən mikrosxemlərin və çap sxemlərinin layihələndirilməsi üçün proqram təminatı hazırlayan “Cadence Design Systems” şirkətindəki fəaliyyəti haqqında “çoxlu dezinformasiya” yayılır.

Bu danışıqlar həm də ABŞ hökumətinin daxili istehsalı və texnoloji liderliyini gücləndirmək üçün atdığı addımlardan biri kimi qiymətləndirilir. Belə ki, Vaşinqton yarımkeçirici sənayesində milli təhlükəsizliklə iqtisadi müstəqilliyi birləşdirən yeni strategiya həyata keçirir. Çinlə texnoloji rəqabətin getdikcə kəskinləşdiyi bir vaxtda ABŞ hökuməti çip istehsalını ölkə daxilində gücləndirmək, kritik infrastrukturun xarici asılılığını minimuma endirmək və yüksək texnologiyalar sahəsində lider mövqeləri bərpa etmək niyyətindədir. “Intel”lə mümkün sövdələşmə isə bu strategiyanın mühüm sınaqlarından biri olacaq.

Səbuhi MƏMMƏDOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Avqust 2025 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see383

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see343

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see339

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see335

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see317

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see309

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see298

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see296

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see285

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see268

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see267

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see248

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see237

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see234

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see223

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see222

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see208

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see201

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri