Britni Spirs keçmiş sevgilisindən gələn təklifi rədd etdi SƏBƏB
Icma.az, Lent az portalına istinadən məlumat verir.
Dünyaca məşhur amerikalı müğənni Britni Spirs keçmiş sevgilisi Castin Timberleyk haqqında çəkilən sənədli seriala çəkilməkdən imtina edib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 44 yaşlı sənətçi keçmiş münasibətləri ilə bağlı ağrılı xatirələri yenidən gündəmə gətirmək istəməyib.
Məlumata görə, Timberleykin nümayəndələri Britni Spirslə əlaqə saxlayaraq ona sənədli layihədə iştirak etməyi və keçmiş münasibətləri haqqında kamera qarşısında danışmağı təklif ediblər. Lakin müğənni bu təklifi qəbul etməyib.
“Britni artıq baş verənlər barədə kifayət qədər açıq danışıb. Xüsusilə Castinə həsr olunmuş sənədli filmdə bütün bunları yenidən yaşamağa ehtiyac görmür”, – mənbə bildirib.
Məlumata əsasən, dörd seriyadan ibarət sənədli layihənin dekabr ayında "Apple TV" platformasında yayımlanması planlaşdırılır. Rejissoru Fişer Stivens olan ekran işində Castin Timberleykin karyerasındakı qalmaqallı hadisələrə, o cümlədən Britni Spirslə ayrılığına toxunulacağı gözlənilir.
Qeyd edək ki, Britni Spirs və Castin Timberleyk 1999–2002-ci illərdə sevgili olublar. Ayrılıqdan sonra Timberleyk “Cry me a river” (“Mənim üçün göz yaşı tök”) adlı məşhur mahnısını təqdim edib. Həmin mahnının Britni Spirsə həsr olunduğu barədə uzun illər müzakirələr aparılıb.
2023-cü ildə Britni Spirs “The Woman in me” (“İçimdəki qadın”) adlı xatirə kitabında keçmiş münasibətləri ilə bağlı diqqətçəkən etiraflar edib. Müğənni Castin Timberleykdən hamilə qaldığını, lakin onun ata olmağa hazır olmadığını bildirdiyi üçün abort etdirdiyini açıqlayıb.
Baxış sayı:49
Bu xəbər 11 Noyabr 2026 15:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















