Icma.az
close
up
RU
ABŞ ı qarışdıran 4 rəqəmli mesaj Gizli Xidmət Tramp üçün hərəkətə keçdi

ABŞ ı qarışdıran 4 rəqəmli mesaj Gizli Xidmət Tramp üçün hərəkətə keçdi

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-ın Keçmiş Federal Təhqiqat Bürosunun (FBI) direktoru James Comeyin sosial şəbəkə hesabında paylaşdığı foto müzakirələrə səbəb olub. Fotoda “8647” rəqəmi əks edilib. Paylaşım, Prezident Donald Trampın tərəfdarları arasında gizli təhdid və şifrəli mesaj kimi dəyərləndirilib.

Araşdırmalara görə, “86” – Amerika slengində “bir şeyi aradan qaldırmaq, rədd etmək və ya öldürmək” mənasında istifadə olunur. Xüsusilə restoran və bar terminologiyasında geniş yayılıb.  “47” isə ABŞ prezidentlərinin sayıdır. Belə ki, Tramp Birləşmiş Ştatların 47-ci prezidentidir. Buna görə, “8647” kombinasiyası bəzi analitiklər tərəfindən Ağ Ev liderinə qarşı şifahi təhdid kimi qiymətləndirilir. Məlumata görə, ölkənin “Gizli Xidmət”i və Daxili Təhlükəsizlik Departamenti (DHS) bu paylaşımı potensial təhdid kimi qəbul edərək araşdırma başladıb.

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, ABŞ-da Donald Trampla bağlı narazılıqlar onun siyasi səhnəyə çıxmağa başladığı ilk gündən etibarən mövcuddur:

“Hələ prezident seçkiləri kampaniyası zamanı Trampın ritorikası, populist çıxışları, ənənəvi siyasi nizamı və institutları tənqid etməsi onun ətrafında həm ciddi tərəfdar bazası, həm də güclü narazı çevrə formalaşdırdı. Bu ikitərəflilik onun siyasi karyerasının bütün mərhələlərində müşahidə olunub.


Kənan Novruzov

Donald Tramp ABŞ-ın siyasi sistemindəki klassik demokratik konsensusu pozan lider kimi yadda qaldı. Onun immiqrasiya siyasəti, media ilə münasibətləri, hüquq-mühafizə orqanlarına qarşı ritorikası və ən əsası “Deep State” (Dərin Dövlət) anlayışını gündəmə gətirməsi ciddi daxili gərginliyə səbəb oldu. Tramp Amerikan elitalarının, xüsusilə də Demokratların və liberal düşüncə mərkəzlərinin uzun illər ərzində formalaşdırdığı konsensusu sarsıtdı.

Bu fonun özü belə, artıq potensial təhlükə və sui-qəsd ehtimalının müzakirəsini zəruri edən psixoloji zəmin formalaşdırır. Yəni söhbət sıradan siyasi opponentlikdən getmir — Tramp sistemin özünə qarşı alternativ bir “hərəkət lideri” rolundadır. Bu, ona münasibətdə radikal addımların, həmçinin sui-qəsd nəzəriyyələrinin müzakirəsini gücləndirir”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 May 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri