Bakının geostrateji rolu Brüssel üçün qaçılmaz və uzlaşması zəruri olan bir reallıqdır
Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Qlobal proseslərin nə qədər dinamik və dəyişkən olduğunu mövcud geosiyasi proseslər fonunda daha aydın müşahidə edirik. Yeni çağırışlar ölkələri ənənəvi narrativlərdən fərqli daha praqmatik və rasional siyasi - iqtisadi kurs həyata keçirməyə sövq edir. Sevindirici hal odur ki, yeni dünya nizamı dediyimiz siyasi konyunkturada Azərbaycanın mövqeyi kifayət qədər sağlam və mövcud tendensiyalarla adekvatdır".
Bunları Newscenter.az-a siyasi şərhçi Pərviz Mirizadə son vaxtlar Avropadan Azərbaycana olan marağın artmasını şərtləndirən amilər barədə danışarkən deyib. O qeyd edib ki, bu səbəbdən artıq Bakının geostrateji rolu Brüssel üçün qaçılmaz və uzlaşması zəruri olan bir reallıqdır:
"Bu gün Avropa ölkələri eyni zamanda üç strateji əhəmiyyətli çağırışla qarşı-qarşıyadır. Bunlar ilk növbədə sənayedə rəqabət qabiliyyətinin qorunması, enerji təhlükəsizliyinin təmin edilməsi və strateji müstəqilliyinin gücləndirilməsidir. Bu faktorları təmin etmək isə davamlı, eyni zamanda etibarlı tərəfdaşlıqlardan aslıdır. Qoca qitə Rusiya enerjisi fonunda bir mənbədən aslı olmağın acı təcrübəsini yaşayıb və alternativ mənbələrə yönəlməklə enerji diplomatiyasını genişləndirir".
Pərviz Mirizadə hesab edir ki, belə bir şəraitdə münaqişə səhifəsini bağlamış, regionda sülh və sabitliyi təmin edən Azərbaycanla iqtisadi-siyasi əlaqələri dərinləşdirmək kifayət qədər rentabellidir:
"Çünki Azərbaycan həm daxili resursları ilə, həm də Transxəzər regionunda əlverişli coğrafi mövqeyi ilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında kilid rollardan birini üstlənə biləcək potensialdadır. Bu faktorlar qarşılıqlı maraqlar kontekstində avropalıların strateji əhəmiyyətlərini qorumağa imkan verir".
Süleyman
Bu mövzuda digər xəbərlər:Brüssel üçün “dönüş anı”
29 İyul 2025 09:22
Brüssel Ukrayna üçün pul axtarır
08 İyul 2025 14:44
Bakı Brüssel üçün vacib tərəfdaşdır...
07 May 2026 11:57
Brüssel Ukrayna üçün milyardlar axtarır VİDEO
09 İyul 2025 09:09
Brüssel üçün bu, Vaşinqtona potensial təzyiq vasitəsidir...
18 Yanvar 2026 19:22
Baxış sayı:74
Bu xəbər 18 Noyabr 2026 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















