ABŞ ilə strateji tərəfdaşlıq Azərbaycanın enerji planlarını reallığa çevirir Prezident
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Amerika Birləşmiş Ştatları (ABŞ) ilə strateji tərəfdaşlıq Azərbaycanın enerji planlarını reallığa çevirir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında çıxışı zamanı deyib.
Dövlət başçısı qeyd edib ki, ABŞ və Azərbaycan arasında imzalanan Strateji Tərəfdaşlıq Xartiyası bir çox sahələri, o cümlədən süni intellekt, enerji, bağlılıq və bir çox digər məsələləri əhatə edir.
"Dünyanın ən qüdrətli dövləti ABŞ-nin strateji tərəfdaşımız kimi çıxış etməsini nəzərə alaraq bizim planlarımızın gerçəkləşməsi tamamilə real görünür. Biz hidroelektrik stansiyalarına sərmayə yatırırıq. Bu layihələr Ermənistanın işğalından azad edilmiş ərazilərdə icra olunur. Hələ ki, 307 meqavat gücündə hidroelektrik stansiyalar artıq sistemimizə qoşulub. Planlarımız bunu 2-3 ilə təqribən ikiqat artırmaqdır. Bu, bizə əlavə potensial və ucuz enerji verəcək", - Prezident İlham Əliyev əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 03 Mart 2026 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















