Icma.az
close
up
RU
ABŞ ın 31 təyyarəsi Avropaya endi Trampdan mesaj: İran hücum edərsə…

ABŞ ın 31 təyyarəsi Avropaya endi Trampdan mesaj: İran hücum edərsə…

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

ABŞ Hərbi Hava Qüvvələri böyük sayda yanacaq doldurma təyyarəsini Avropaya yerləşdirib. Bu addımın ABŞ Prezidenti Donald Trampa İran və İsrail arasında kəskinləşən gərginlik fonunda alternativlər təqdim etmək məqsədi daşıdığı bildirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters”in eksklüziv məqaləsində deyilir. Məlumatı agentliyə danışan iki amerikalı rəsmi təsdiqləyib.

Rəsmilər həmçinin ABŞ-ın “Nimitz” adlı təyyarədaşıyan gəmisinin də öncədən planlaşdırılmış yerləşdirmə çərçivəsində Yaxın Şərqə doğru yola çıxdığını bildiriblər. Gəmi 5000-ə yaxın şəxsi heyət və 60-dan çox hərbi təyyarə daşıma gücünə malikdir.

Bütün bu hərbi hərəkətlər ABŞ-ın Yaxın Şərqdə potensial genişmiqyaslı əməliyyatlara hazırlaşdığını və bölgədə güclənən müharibə fonunda hava gücünü artırdığını göstərir.

“AirNav” adlı uçuş izləmə saytının məlumatına görə, bazar günü 30-dan çox ABŞ Hərbi Hava Qüvvələrinə məxsus yanacaq doldurma təyyarəsi – əsasən KC-135 və KC-46 modelləri – ABŞ-dan ayrılaraq Avropaya istiqamətlənib.

Rəsmilər təyyarələrin dəqiq sayını şərh etməyiblər. Pentaqon məsələ ilə bağlı Ağ Evə yönləndirib, lakin Ağ Ev “Reuters”in sorğusuna cavab verməyib.

Həmçinin oxuyun:

Ukrayna-Rusiya müharibəsində yeni dövr: Kiyev üç mərhələli əməliyyata başlayır!

“ABŞ-ın birdən-birə 20-dən çox yanacaq təyyarəsini Avropaya göndərməsi adi hal deyil. Bu, açıq şəkildə strateji hazırlıq siqnalıdır. İsrailin dəstəklənməsi və ya uzaqmənzilli əməliyyatlara hazırlıq – nə olursa olsun, logistika burada açar rol oynayır”, – “Dyami Security Intelligence” şirkətindən bildirilib.

“AirNav” əlavə edib ki, ABŞ təyyarələri artıq Almaniyadakı Ramşteyn bazası, Birləşmiş Krallıq, Estoniya və Yunanıstan daxil olmaqla bir neçə Avropa ölkəsinə eniş edib.

Hazırda ABŞ əsasən İsrailə daxil olan raketlərin vurulmasına yardım göstərir. “Reuters”in bildirdiyinə görə, Tramp İranın Ali Dini Lideri Əli Xameneinin öldürülməsi planını veto edib. ABŞ rəsmilərindən biri deyib ki, amerikalılar hədəfə alınmadığı müddətcə Vaşinqton İran rəhbərliyinə qarşı birbaşa addım atmaq niyyətində deyil.

Tramp isə İsrailin hücumlarını təqdir etdiyini və Tehrana ABŞ obyektlərinə hücum etməməsi barədə xəbərdarlıq etdiyini bildirib.

Digər bir yüksək vəzifəli ABŞ rəsmisi isə regiondakı hərbi fəaliyyətlərin tamamilə müdafiə xarakterli olduğunu vurğulayıb. Məsələ ilə tanış başqa bir mənbə deyib ki, ABŞ regional ölkələri müdafiə hazırlığı gördükləri barədə məlumatlandırıb, lakin İran ABŞ obyektlərinə zərbə endirərsə, hücum planlarına keçəcəklər.

Hazırda ABŞ-ın Yaxın Şərqdə 40 minə yaxın hərbçisi, o cümlədən hava hücumundan müdafiə sistemləri, qırıcı təyyarələr və raketləri məhv etmək imkanına malik hərbi gəmiləri mövcuddur

Aysel Əliyeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 İyun 2025 00:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri