ABŞ ın dəstəklədiyi Sami Sadat müharibəyə başladı
Icma.az bildirir, Axar.az portalına istinadən.
ABŞ və NATO tərəfindən dəstəklənən Əfqanıstan ordusunun keçmiş komandiri Sami Sadatın rəhbərlik etdiyi "Birləşmiş Əfqanıstan Cəbhəsi" adlı silahlı qrup Taliban rejimə qarşı hərbi əməliyyata başlayıb.
Axar.az xəbər verir ki, Sadat açıqlamasında "Əfqanıstanı azad etmək və hökuməti xalqa qaytarmaq" məqsədi ilə yaradılan hərbi qruplaşmanın Taliban rəhbərliyini və üzvlərini hədəf alacağını bildirib. O, həmçinin beynəlxalq hərb qanunlarına sadiq olduqlarını da bəyan edib.
Sami Sadatın 2021-ci ildə Taliban hakimiyyəti ələ keçirdikdən sonra Böyük Britaniyaya köçdüyü bildirilir.
Politoloq Heydər Oğuz qeyd edib ki, Taliban əleyhinə digər silahlı qruplar da son günlərdə fəaliyyətlərini artırıblar:
"Əfqanıstan Azadlıq Cəbhəsi" təxminən 10 gündür ki, Bədəxşan əyalətinin Zebak rayonunda Talibanla toqquşduğu və bəzi ərazilərə nəzarəti ələ keçirdiyini iddia edib.
"Əfqanıstan Milli Müqavimət Cəbhəsi" adlı qrup da son günlərdə Bədəxşan və Heratda İslam Əmirliyi qüvvələrinə qarşı hücumlar həyata keçirdiyini, yeni yaranan "İnqilab Keşikçiləri Cəbhəsi" isə Bədəxşan əyalətinin Yaftal-i Payin rayonunu qısa müddətə nəzarətə götürdüyünü iddia edib”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 03 Avqust 2026 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















