Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Milli birliyə, vətənin müdafiəsinə və dövlətçiliyə çağiriş

Milli birliyə, vətənin müdafiəsinə və dövlətçiliyə çağiriş

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


Azərbaycan tarixində elə günlər var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır. Belə günlər xalqın taleyində dönüş nöqtəsinə çevrilir, milli yaddaşda silinməz iz qoyur və gələcək nəsillərə dövlətçilik dərsi verir. 1993-cü il noyabrın 2-də Ulu Öndər Heydər Əliyevin milli televiziya və radio vasitəsilə Azərbaycan xalqına müraciəti məhz belə tarixi hadisələrdən biridir. Bu müraciət ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyünün və milli dövlətçiliyinin ciddi təhlükələrlə üzləşdiyi bir vaxtda xalqı birliyə, həmrəyliyə və Vətənin müdafiəsində fəal iştirak etməyə çağıran mühüm siyasi hadisə idi. 1993-cü il noyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Ermənistan silahlı qüvvələrinin ölkəmizin ərazisinə yeni hücumları və təcavüzü ilə əlaqədar milli televiziya və radio vasitəsilə xalqa müraciət etdi.
Ulu Öndər müraciətində ölkədə yaranmış vəziyyəti təhlil edir, müharibənin ağır nəticələrinə diqqət çəkir, ordunun mövcud vəziyyəti ilə bağlı narahatlığını bildirir və Azərbaycan cəmiyyətini ölkənin müdafiəsi naminə birliyə çağırırdı. Bu çıxışın əsas mahiyyəti ondan ibarət idi ki, Vətənin müdafiəsi yalnız ayrı-ayrı hərbi hissələrin və ya cəbhədə döyüşən əsgərlərin vəzifəsi sayıla bilməzdi. Müstəqil dövlətin qorunması bütün xalqın ortaq məsuliyyəti idi. Hər bir vətəndaş öz imkanları daxilində bu ümummilli vəzifənin yerinə yetirilməsinə töhfə verməli idi. Heydər Əliyev ordu quruculuğuna xüsusi diqqət yetirirdi. Ordunun təşkilatlanması, döyüş qabiliyyətinin yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi və silahlı qüvvələrin dövlətin müdafiə maraqlarına uyğun şəkildə formalaşdırılması həyati əhəmiyyət daşıyırdı.
Ulu Öndər başa düşürdü ki, ölkənin müdafiə qabiliyyəti yalnız silah və hərbi texnikanın mövcudluğu ilə ölçülmür. Ordunun gücü, ilk növbədə, düzgün idarəetmədən, vahid komandanlıqdan, intizamdan, şəxsi heyətin hazırlığından və əsgərin Vətən uğrunda mübarizə əzmindən asılıdır. Bu baxımdan 2 noyabr müraciəti cəmiyyətə ünvanlanan siyasi çağırış olmaqla yanaşı, Azərbaycanın müdafiə sisteminin yenidən qurulması zərurətini ortaya qoyan mühüm dövlətçilik mesajı idi. Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətində xalqla birlik və qarşılıqlı etimad mühüm yer tuturdu. O, dövlətin qarşısında duran ağır vəzifələrin yalnız xalqın fəal dəstəyi ilə həyata keçirilə biləcəyinə inanırdı.
1993-cü il noyabrın 2-dəki müraciətin əsas istiqamətlərindən biri də məhz milli həmrəyliyin təmin edilməsi idi. Ölkənin ərazi bütövlüyü təhlükə altında olduğu bir vaxtda siyasi və şəxsi maraqları dövlətin və xalqın ümumi mənafeyindən üstün tutmaq yolverilməz idi. Həmin dövrdə Azərbaycanın müdafiəsinə xidmət edən hər bir təşəbbüs, cəbhədə döyüşən hərbçilərə göstərilən hər bir dəstək və ölkədə sabitliyin möhkəmləndirilməsi istiqamətində atılan hər bir addım mühüm əhəmiyyət daşıyırdı.
Ulu Öndər xalqı Vətənin müdafiəsində iştirak etməyə çağırmaqla cəmiyyətə aydın mesaj verirdi: müstəqilliyin qorunması, torpaqlarımızın müdafiəsi və dövlətin gələcəyinin təmin edilməsi ümumi məsuliyyət tələb edir. Bu çağırışın ardınca, noyabrın 4-də Heydər Əliyev keçmiş beynəlmiləlçi döyüşçülərlə görüşündə onların Vətənin müdafiəsində iştirak etmək təşəbbüsünü yüksək qiymətləndirdi. Bu fakt noyabrın 2-də səsləndirilən çağırışın cəmiyyətdə doğurduğu əks-sədanı və vətəndaşların müdafiə işinə qoşulmaq istəyini göstərən mühüm nümunələrdəndir. Milli birlik yalnız çətin anlarda bir araya gəlmək deyil. O, dövlətin taleyi ilə bağlı məsuliyyəti bölüşmək, ümumi məqsədlər naminə şəxsi maraqları arxa plana keçirmək və milli mənafeləri qorumaq iradəsidir.
2 noyabr müraciətinin bu gün də əhəmiyyətini qorumasının səbəblərindən biri məhz budur. 1993-cü il noyabrın 1-də Azərbaycanda Müdafiə Şurasının yaradılması, ertəsi gün isə Prezident Heydər Əliyevin xalqa müraciət etməsi müdafiə məsələlərinin dövlət siyasətində xüsusi yer tutduğunu göstərirdi. Ulu Öndər Heydər Əliyevin ordu quruculuğuna yanaşması dövlətçilik anlayışı ilə sıx bağlı idi. Ordunun dövlətə xidmət etməsi, vahid idarəetmə sisteminə tabe olması, siyasi çəkişmələrdən kənarda qalması və milli maraqların müdafiəsinə yönəlməsi vacib şərtlər idi. Dövlətin müdafiə qabiliyyətinin yüksəldilməsi üçün yalnız hərbi qüvvələrin səfərbərliyi kifayət etmirdi.
İqtisadi imkanların düzgün istiqamətləndirilməsi, idarəetmə sisteminin möhkəmləndirilməsi, əhalinin vətənpərvərlik ruhunun yüksəldilməsi və ictimai həmrəyliyin qorunması da eyni dərəcədə əhəmiyyətli idi. Məhz buna görə də noyabrın 2-dəki müraciəti yalnız müharibə dövrünün çağırışı kimi qiymətləndirmək düzgün olmazdı. Bu müraciət Azərbaycanın gələcək ordu quruculuğu və dövlət müdafiəsi siyasətinin əsas prinsiplərinin formalaşdığı mürəkkəb tarixi mərhələnin mühüm hadisələrindən biri idi. Sonrakı illərdə Azərbaycan Ordusunun inkişafı, müdafiə qabiliyyətinin gücləndirilməsi və hərbi potensialın artırılması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Bu prosesin tarixi köklərini araşdırarkən Heydər Əliyevin 1993-cü ildə irəli sürdüyü dövlətçilik və ordu quruculuğu prinsiplərini nəzərə almaq vacibdir.
Ulu Öndər Heydər Əliyevin siyasi irsindən danışarkən onun dövlətçiliyin qorunmasına, ordunun möhkəmləndirilməsinə və milli birliyin təmin edilməsinə verdiyi töhfələri xüsusi qeyd etmək lazımdır. 1993-cü ildə qarşıya qoyulan bu vəzifələr sonrakı illərdə Azərbaycan dövlətinin inkişaf strategiyasında mühüm yer tutdu. Heydər Əliyevin rəhbərliyi dövründə dövlət institutlarının möhkəmləndirilməsi, ordu quruculuğunun inkişafı, ölkənin beynəlxalq əlaqələrinin genişləndirilməsi və iqtisadi potensialının artırılması istiqamətində mühüm addımlar atıldı. Bu siyasət müstəqil Azərbaycanın gələcək inkişafı üçün zəruri siyasi və institusional zəmin yaratdı. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində Azərbaycanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, milli maraqların qorunması, suverenliyin təmin edilməsi və ölkənin beynəlxalq mövqelərinin gücləndirilməsi əsas istiqamətlərdəndir. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının və dövlətinin uzun illər ərzində formalaşdırdığı hərbi-siyasi potensialın mühüm nəticələrindən biri oldu. Azərbaycan Ordusu Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın əhəmiyyətli hissəsini işğaldan azad etdi. 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirlərindən sonra isə Azərbaycan Qarabağ bölgəsində dövlət suverenliyinin tam bərpa olunduğunu bəyan etdi.
Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
Yeni Azərbaycan Partiyasının fəal üzvü
Newscenter.az üçün
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 29 Oktyabr 2026 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see642

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see315

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see300

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see288

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see285

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see272

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see265

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see264

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see259

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see256

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see246

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see242

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see222

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see213

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see212

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see212

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see206

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see201

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see198

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri