ABŞ ın Federal Ehtiyat Sisteminin sədri Cerom Pauell barəsində istintaq başlanıb
Icma.az, Oxumeni.az portalına istinadən məlumat yayır.
ABŞ-ın Kolumbiya Dairəsi Prokurorluğu, ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) sədri Cerom Pauell barəsində cinayət işi üzrə istintaq başladığını "The New York Times" xəbər verib.
İstintaq üçün rəsmi səbəb Vaşinqtonda Mərkəzi Bankın qərargahının 2,5 milyard dollarlıq yenidən qurulması (rekonstruksiya) olub ki, bu barədə Pauell Konqresə məlumat verib. FES sədri vəsaitlərin təyinatı üzrə xərclənməməsində və Konqresi çaşdırmaqda şübhəli bilinir.
İstintaq, Donald Trampın uzun müddətdir tərəfdarı olan və 2025-ci ildə dairə prokurorluğunun rəhbəri vəzifəsinə təyin edilmiş Cenin Pirro tərəfindən təsdiqlənib.
Pauell özü bir müraciət edərək qeyd edib ki, "heç kim qanundan üstün deyil", lakin xəbərdarlıq edib ki, bu "nümunəvi olmayan addımlar" "təhdidlər və Ağ Ev administrasiyasının davam edən təzyiqləri kontekstində" nəzərdən keçirilməlidir. Onun fikrincə, işdə söhbət binanın yenidən qurulmasından deyil, çünki o, bunu "sadəcə bir bəhanə" adlandırıb. Cinayət işlərinin açılması təhlükəsini Pauell FES-in faiz dərəcələrini "prezidentin üstünlüklərinə uyğun olmaq əvəzinə, cəmiyyətə nəyin fayda verəcəyi barədə ən yaxşı qiymətləndirməyə əsaslanaraq" müəyyən etməsi ilə əlaqələndirib.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 12 Yanvar 2026 15:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















