ABŞ ın gəmiyə zərbəsi nəticəsində 10 iranlı dənizçi yaralanıb
Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Gecə saatlarında ABŞ-ın Oman körfəzi yaxınlığında mülki gəmiyə endirdiyi zərbə nəticəsində azı 10 iranlı dənizçi yaralanıb, 5-i isə itkin düşüb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Minab dairəsinin rəhbəri Məhəmməd Radmehr məlumat verib.
Mehr agentliyi onun sözlərindən sitat gətirir:
"Ötən gecə amerikalıların Hörmüz boğazı və Oman körfəzi sularındakı təcavüzkar hərəkətləri zamanı bir yük gəmisi hücuma məruz qalıb və Minab dairəsi yaxınlığında yanmağa başlayıb. 10 yaralı dənizçi xəstəxanaya çatdırılıb, istintaq orqanları isə digər dənizçilərin taleyini müəyyənləşdirməyə çalışır".
Radmehrin sözlərinə görə, gəmidə ümumilikdə 15 ekipaj üzvü olub.
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:ABŞ hərbçiləri İran gəmisini vurub: 10 iranlı dənizçi xəsarət alıb
08 May 2026 18:01
ABŞ ın Bəndər Abbasa zərbəsi nəticəsində bir nəfər ölüb, 8 nəfər yaralanıb VİDEO
17 İyul 2026 01:04
Qırmızı dənizdə ABŞ ın təyyarədaşıyan gəmisində yanğın olub, 2 dənizçi yaralanıb
12 Mart 2026 19:28
NBC: İranın raket zərbəsi nəticəsində 8 ABŞ dəniz piyadası yaralanıb
28 Sentyabr 2026 10:36
İranın nüvə proqramının elementləri ABŞ ın zərbəsi nəticəsində zədələnib
09 İyul 2025 22:22
Baxış sayı:136
Bu xəbər 08 May 2026 17:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















