Icma.az
close
up
RU
ABŞ ın gömrük rüsumları Almaniyada ciddi narahatlıq doğurur

ABŞ ın gömrük rüsumları Almaniyada ciddi narahatlıq doğurur

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-ın yeni gömrük rüsumlarının qüvvəyə minməsi dünyanın müxtəlif bölgələrində olduğu kimi, Avropada da ciddi narahatlıq doğurub. Birləşmiş Ştatların gömrük rüsumundan ən çox təsirlənəcəyi gözlənilən ölkələrdən biri də Almaniyadır.

AZƏRTAC “Zeit” qəzetinə istinadla xəbər verir ki, Almaniya Avtomobil Sənayesi Birliyinin (VDA) prezidenti Hildeqard Müller ABŞ-ın bu qərarını ticarət siyasətində əsaslı dönüş kimi dəyərləndirib. “Bu, ABŞ-ın qaydalara əsaslanan qlobal ticarət sistemindən uzaqlaşmasıdır və nəticədə dünyada dəyər yaratma, iqtisadi inkişaf və rifahın bünövrəsinin sarsılmasıdır. Bu, “Öncə Amerika” deyil, bu, “Amerika təkdir” deməkdir.

Alman Xarici Ticarət Federasiyasının prezidenti Dirk Yandura da rüsumların fəsadlarından narahatlığını ifadə edib: “Biz bu rüsumları qiymət artımları ilə əks etdirməliyik, bu isə çox hallarda satışların azalması deməkdir”. O, xüsusilə kiçik və həssas vəziyyətdə olan şirkətlərin ciddi zərbə alacağını və bunun iş yerlərinə də təsir edəcəyini vurğulayıb.

Eyni mövqedən çıxış edən Avropa Xalq Partiyasının (EVP) prezidenti Manfred Veber isə X səhifəsindəki paylaşımında Avropanın öz maraqlarını qorumağa hazır olduğunu vurğulayıb. “Donald Trampın rüsumları həm Avropaya, həm də ABŞ-a ziyan vurur. Avropa vahid mövqedədir və ədalətli danışıqlara açıqdır”, – deyə o qeyd edib.

Avropa Parlamentinin Ticarət Komitəsinin sədri Bernd Lanqe isə bütün zərərçəkən ölkələri ortaq reaksiya verməyə çağırıb. O, Tramp administrasiyasının yeni rüsumlarını sərt tənqid edərək bildirib: “Bu əsassız, qeyri-qanuni və qeyri-mütənasib addımlar yalnız eskalasiyaya və qlobal iqtisadi enişə səbəb olacaq”.

Bu barədə Avropanın bir sıra ölkələrinin liderləri də öz mövqelərini bildiriblər.

Xatırladaq ki, Avropa İttifaqı Donald Trampın əvvəlki polad və alüminium rüsumlarına cavab olaraq 26 milyard avro dəyərində ABŞ mallarına yeni rüsumlar tətbiq edib. ABŞ Prezidenti isə buna qarşı Avropadan idxal olunan alkoqollu məhsullara 200 faizlik gömrük rüsumu tətbiq etməklə hədələmişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 Aprel 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri