ABŞ ın husiləri vurması 1 milyard dollara başa gəlir
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Pentaqon etiraf edib ki, husilərə qarşı əməliyyatları məqsədlərinə çatmayıb və bu onlara ayda təxminən 1 milyard dollara başa gələcək.
Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” mənbələrə istinadla məlumat yayıb.
“Pentaqon hesab edir ki, ABŞ ordusunun döyüş sursatları, raketlər və pilotsuz təyyarələr olan yeraltı anbarlara zərbələri səmərəsizdir. Husilər yeraltı qurğularını və hücuma məruz qalan digər hədəfləri gücləndiriblər. Üç həftə ərzində ABŞ dənizdə və havada əlavə qüvvələrin, həmçinin “Patriot” və THAAD hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi xərclərini nəzərə almadan husilərə zərbə vurmaq üçün 200 milyon dollar xərcləyib. Bütün xərcləri nəzərə alsaq, Yəməndəki əməliyyat ABŞ-a ayda 1 milyard dollara başa gələcək və Pentaqon tezliklə Konqresdən əlavə vəsait istəməli olacaq”, - məlumatda qeyd olunub.
Baxış sayı:54
Bu xəbər 04 Aprel 2025 16:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















