Icma.az
close
up
RU
ABŞ 1 milyard dollara İrəvana bunu satmaq istəyir

ABŞ 1 milyard dollara İrəvana bunu satmaq istəyir

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

Erməni nəşrinin şok xəbərdarlığı: “Ərazimiz radioaktiv bombalarla doldurulacaq”

“ABŞ-la Ermənistan arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasında çoxlu mübahisəli məqamlar var. Onlardan biri Amerika ilə nüvə enerjisi sahəsində əməkdaşlıqdır. Ermənistan enerji suverenliyinin itirə, “Metsamor” AES-dən imtina edə və ABŞ-ın kiçik modul stansiyalarının riskli texnologiyaları torpağımızda sınaqdan keçirilə bilər”. Musavat.com xəbər verir ki, bu barədə Kremlə yaxın yekramas.org saytı yazır.

Bildirilir ki, Bakı və Ankara uzun müddətdir ki, “Metsamor” AES-i dayandırmağa çalışırlar. “Görünür, amerikalılar elektrik enerjisi istehsalını kiçik modul reaktorlarla əvəz edəcəklərini vəd ediblər. Düzdür, bu innovativ texnologiyalar sınaqdan keçirilməyib və indiyə qədər yalnız kağız üzərində mövcuddur. Yəni mahiyyət etibarı ilə Ermənistan ərazisi radioaktiv bombalarla doldurulacaq. Nüvə sənayesində elmi tədqiqatdan praktik sınaqlara qədər olan yol çox uzun və təhlükəlidir. Lakin ABŞ Metsamor AES-i gələn il bağlamağı planlaşdırır, Rosatom isə enerji bloklarının işini 2036-cı ilə qədər uzadıb” deyə, sayt bildirir. Qeyd olunur ki, Paşinyan hakimiyyət amerikalılı sevindirmək üçün Ermənistanda elektrik enerjisinin 40%-ni istehsal edən səmərəli işləyən AES-i alternativ enerji ilə, hələ öyrənilməmiş modul tipli atom elektrik stansiyaları, günəş panelləri və elektrik enerjisi ilə əvəz etməyə hazırdırlar. “Vaxtilə bu yolu hələ də enerji tələsindən çıxa bilməyən Avropa Birliyi artıq seçmişdi. Hiss olunur ki, ölkəmizin indiki rəhbərliyi Rusiyanın adının Ermənistanın enerji inkişafı strategiyasından silinməsi üçün hər şeyə hazırdır. Ancaq problem ondadır ki, “Rosatom” Vyetnamda və ya İndoneziyada başqa layihələrə keçərək gedəcək və istifadə olunmuş nüvə yanacağı hələ də ölkəmizdə qalacaq, çünki onu yalnız Rusiya nüvə alimləri məhv etməyə qadirdir. Qeyd etmək lazımdır ki, Avropa həqiqətən də "yaşıl" enerji sahəsində öz yenilikləri və təcrübələri səbəbindən ciddi problem içindədir. Məsələn, artıq İspaniyada atom elektrik stansiyalarının bağlanması ilə bağlı etirazlar başlayıb, Böyük Britaniyada elektrik enerjisinin qiymətləri fəlakətli şəkildə artıb, Danimarkadakı külək turbinləri yerli enerji şirkətini 1,69 milyard dollar zərərə gətirib çıxarıb. Ermənistanı da eyni nəticə gözləyir” deyə, bildirilir.

Qeyd edək ki, Ermənistanın Rusiyanın “enerji kölələliyindən” qurtulmaq üçün “Metsamor”dan Amerikanın xeyrinə imtina edə biləcəyi haqda xəbərlər yeni deyil. Bildirilir ki, ABŞ-ın bu niyyəti isə təkcə yeni texnolojinin tətbiqi deyil, həm də regionda siyasi məqsədlər güdür.

Ekspertlərə görə, ABŞ-da kiçik modul reaktorların iki əsas növü üzərində iş aparılır: Natrium (Bill Qeyts tərəfindən startap) və Holtec-in SMR-160 (160 meqavat) təzyiqli su reaktoru. Sırf texniki səbəblərdən Natrium nə Ermənistana, nə də Orta Asiyaya çatdırıla bilər. Çünki bu sürətli reaktorda yüksək zənginləşdirilmiş urandan istifadə edir. Təzyiqli su reaktoruna(SMR-160) gəlincə, bunu İrəvanda tətbiqi mümkündür. Reaktorun özəlliyi ondan ibarətdir ki, o, “özünü tormozlayır” və təbii dövriyyədədir. Yüksək təhlükəsizlik reaktorda qəza istisna edilir və ətraf mühiti çirkləndirmir. AES-in təxmin edilən sahə tutumu isə cəmi 2-3 hektardır. Təhlükəsizliyin təmin edilməsi tikintinin mürəkkəbliyi hesabına baş verir. Reaktorun yerin altında demək olar ki, beş mərtəbəli bina hündürülyündə yerləşdirilməsi planlaşdırılır. Aydındır ki, bunun üçün külli miqdarda bahalı yeraltı tikinti işləri tələb olunacaq. Reaktorun dəyəri isə bir milyard dollar kimi qiymətləndirir. /Musavat.com/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 27 Yanvar 2025 00:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see373

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see335

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see293

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see269

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see266

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see257

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see246

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see239

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see238

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see225

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see219

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see217

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see214

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see211

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see210

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see206

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see206

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see200

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see199

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri