ABŞ ın büdcə kəsiri 404 milyard dollara yüksəlib
Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.
2026-cı ilin oktyabr ayında Amerikanın federal büdcə kəsiri 404 milyard dollar təşkil edib.
Newscenter.az TASS-a istinadən bildirir ki, ABŞ Maliyyə Nazirliyinin hesablamalarında belə qeyd edilir. Məlumata görə, bu göstərici 2025-ci ilin eyni ayı ilə müqayisədə 42% çoxdur.
Bildirilir ki, oktyabr ayında federal büdcə gəlirləri 369 milyard dollar, xərclər isə 773 milyard dollar təşkil edib. Ötən ilin oktyabr ayında kəsir 283 milyard dollar, bu ilin sentyabr ayında isə 27 milyard dollar olub.
O da qeyd edilib ki, ABŞ-ın federal büdcə xərcləri və kəsiri oktyabr ayında heç vaxt bu qədər yüksək səviyyəyə çatmayıb. Bu dinamika, xüsusən də kənd təsərrüfatına və orduya böyük xərclər hesabına yaranıb.
Anar
Bu mövzuda digər xəbərlər:Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
02 Dekabr 2024 09:17
ABŞ ın büdcə kəsiri 2 trilyon dollara yaxınlaşıb
16 Oktyabr 2026 23:43
ABŞ nin büdcə kəsiri 164 milyard dollara çatdı
13 Aprel 2026 12:57
ABŞ ın büdcə kəsiri 600 milyard dolları keçib
14 Yanvar 2026 09:30
Baxış sayı:78
Bu xəbər 13 Noyabr 2026 01:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















